Gözəl İslam / Kafirlərin bayramlarında, onların etdiklərini etmək şirkdir

Kafirlərin bayramlarında, onların etdiklərini etmək şirkdir

Sual: Kafirlərin bayramlarında və Xristianların yeni il günü və gecəsində onların etdiklərini etmək caizdirmi, küfrə səbəb olarmı?

CAVAB: İmamı Rəbbani həzrətləri Məktubat kitabının üçüncü cildi 41-ci məktubunda buyurur ki: Kafirlərin bayramlarında onların etdiklərini etmək tamamilə şirkdir. Həm Müsəlmanlıq, həm də kafirlik ibadətlərini edən, “Müşrikdir. Kafirliyi bəyənən də müşrikdir. Müsəlman olmaq üçün kafirlikdən çəkinmək lazımdır. Mömin olmaq üçün şirkdən sıyrılmaq şərtdir.

Xəstəlikdən qurtulmaq üçün bütlərdən, heykəllərdən, keşişlərdən kömək gözləmək şirkdir ki, bu hal Müsəlmanlar arasında yayılmışdır. Ehtiyaclarını bütlərdən, heykəllərdən istəmək, kafirlikdir [Allaha düşmənlikdir]. Nisə surəsi, əlli doqquzuncu [59] ayəsində məalən, Onlara, kafirlərə inanmayın dediyim halda, onlar kafirlərin sözləri ilə hərəkət edirlər. Şeytan onları aldar buyuruldu. Qadınların çoxu bilməyərək bu bəlaya düşür. Nə olduqları bilinməyən bir növ adlardan mədət umub, bunlarla bəladan qurtulmaq istəyirlər. Kafirlərin adətlərini, kafirlik əlamətlərini edirlər. Xüsusilə, çiçək xəstəliyi vaxtında bu bəla yaxşılarında da, pislərində də görülür. Bu şirkdən qurtula bilən və kafirlik əlamətlərindən birini etməyən qadın çox azdır. Hinduların bayram günlərinə [və atəşə sitayiş edənlərin Novruz günlərinə və Xristianların Milad gecələrinə və digər pasxalarına] hörmət etmək və o zamanlarda onların adətlərini onlar kimi təkrarlamaq, şirk olur, küfrə səbəb olur. Kafirlərin bayramlarında Müsəlmanların cahilləri və hələ qadınlar kafirlərin etdiklərini təkrarlayırlar və bu günləri Müsəlman bayramı zənn edirlər və kafirlər kimi bir-birlərinə hədiyyə verirlər. Əşyalarını, süfrələrini kafirlərin etdiyi kimi bəzəyirlər. O gecələri başqa gecələrdən ayırd edirlər. Bunlar hamısı şirkdir, kafirlikdir. Surəyi-Yusifdəki ayəti-kərimədə məalən, Biz, Allahü təalanın varlığına, birliyinə, hər şeyi yaradanın O olduğuna inandıq, Müsəlman olduq deyənlərin çoxu başqalarına ibadət , itaət edərək və daha bir çox hərəkətləri və sözləri ilə müşrik olurlar buyuruldu. (Tam Elmihal səh. 778)

Sual: Qeyri-müsəlmanların adətlərini etmək dinimiz cəhətdən zərərlidirmi?

Cavab: Qeyri-müsüsəlmanların adətlərini etmək, onlara bənzəmək niyyəti olmasa, haram və ya pis adətlər olmasa, faydalı şeylərdirsə, caiz olar. Onlar kimi yemək, içmək bunlardandır. Onlara oxşamaq üçün olsa və ya haram, pis şeylərdisə, haram olar.

 

22-06-2020, 11:38
Geri