Gözəl İslam / Peyğəmbərlərə inanmaq

Peyğəmbərlərə inanmaq

 

Və rüsulihi: Allahü təalanın peyğəmbərlərinə inandım deməkdir. Peyğəmbərlər Allahü təalanın bəyəndiyi yola qovuşdurmaq, doğru yolu göstərmək üçün seçilmişlər. Bütün peyğəmbərlər həmişə eyni imanı söyləmişlər. Peyğəmbərlərdə yeddi xüsusiyyətin olmasına inanmaq lazımdır. Bunlar aşağıdakılardır:
1.
İsmət: Günah işləməmək. Peyğəmbərlər hər hansı bir dində haram olmuş və olacaq kiçik və böyük heç bir günah işləməzlər.
2.
Əmanət: Peyğəmbərlər hər baxımdan etibarlı kimsələrdir. Əsla əmanətə xəyanət etməzlər.
3.
Sıdq: Peyğəmbərlər sözlərində, işlərində və hər cür davranışlarında doğru, dürüst insanlardır. Əsla yalan danışmazlar.
4.
Fətanət: Peyğəmbərlər çox ağıllı və anlayışlı insanlardır. Kor, şikəstlik kimi qüsurları olanlardan və qadınlardan peyğəmbər gəlməmişdir.
5.
Təbliğ: Peyğəmbərlər insanlara bildirib açıqladıqlarının hamısını Allahü təaladan gələn vəhy ilə öyrənmişlər. Bildirdikləri əmr və qadağaların heç biri öz fikirləri deyildir. Əmr olunanların hamınısı bildirmişlər.
6.
Ədalət: Peyğəmbərlər heç zülm və haqsızlıq etməzlər. Heç kəsin xətrinə görə ədalətdən ayrılmazlar.
7.
Əmnül-azl: Peyğəmbərlikdən atılmazlar. Dünyada və axirətdə həmişə Peyğəmbərdirlər.

    Yeni din və Əhkam gətirən Peyğəmbərlərə Rəsul deyilir. Yeni bir din gətirməyib, insanları əvvəlki dinə dəvət edən Peyğəmbərlərə Nəbi deyilir. Peyğəmbərlərə iman etmək, aralarında heç bir fərq görməyərək hamısının Allahü təala tərəfindən seçilmiş sadiq, doğru sözlü olduqlarına inanmaq deməkdir. Onlardan birinə inanmayan, heç birinə inanmamış sayılır.

   Peyğəmbərlik çalışmaqla, çox ibadət etməklə, aclıq və ələm çəkməklə əldə edilməz. Yalnız Allahü təalanın ehsanı, seçməsi ilə olar. Sayları müəyyən deyildir. Yüz iyirmi dörd mindən çox olduqları məşhurdur. Bunlardan üç yüz on üç və ya üç yüz on beşi Rəsuldur. Bunlardan altısı daha yüksəkdir. Bunlara Ülül-azm Peyğəmbərlər deyilir. Bunlar: Adəm, Nuh, İbrahim, Musa, İsa və Muhamməd Mustafa əleyhimüssəlamdır. Peyğəmbərlərin otuz üçünün adları məşhurdur. Bunlar: Adəm, İdris, Şit, Nuh, Hud, Saleh, İbrahim, Lut, İsmail, İshaq, Yaqub, Yusüf, Əyyub, Şuayb, Musa, Harun, Xızır, Yuşa bin Nun, İlyas, Əlyəsa, Zülkifl, Şəmun, İsmoil, Yunus bin Məta, Davud, Süleyman, Loğman, Zəkəriyya, Yəhya, Üzeyir, İsa bin Məryəm, Zülkarneyn və Muhamməd “aləyhi və əleyhimüssalatü vəssəlam”dır. Bunlardan yalnız iyirmi səkkizinin adı Qurani-Kərimdə bildirilmişdir. Zülkarneyn, Loğman, Üzeyir Xızırın, Peyğəmbər olub olmadıqlarında ixtilaf vardır. Muhamməd Masum həzrətləri 2-ci cild, 36-cı məktubda, Xızır əleyhissəlamın Peyğəmbər olduğunu bildirən xəbərin qüvvətli olduğunu yazmaqdadır. 182-ci məktubda, Xızır əleyhissəlamın insan şəklində görülməsi və bəzi işlər etməsi, Onun həyatda olduğunu göstərməz. Allahü təala, Onun və bir çox Peyğəmbərlərin və vəlilərin ruhlarının insan şəklində görülməsinə icazə vermişdir. Onları görmək həyatda olduqlarını göstərməz demişdir.

8-07-2020, 05:26
Geri