Mələklərə iman - Gözəl İslam - Dini Mövzular, Söhbətlər və Sual-Cavab

Mələklər, nurani varlıqlardır
Sual: Mələklər necə varlıqlardır, insanlar kimi ağıllıdırlarmı və pislik etmək xüsusiyyətləri vardırmı?
Cavab: Mələk - elçi, xəbərverici və ya qüvvət deməkdir. Mələklər cisimdir, lətifdir. Qaz halından da daha lətifdirlər. Nuranidirlər, diri və ağıllıdırlar. İnsanlardakı pisliklər mələklərdə yoxdur. Hər şəklə girə bilirlər. Qazlar, maye və qatı olduğu kimi və qatı olduqda şəkil aldığı kimi, mələklər də gözəl şəklə girə bilirlər. Mələklər böyük insanların bədənindən ayrılan ruhlar deyildirlər. Xristianlar mələkləri belə ruh zənn edirlər. Enerji, qüvvə kimi maddəsiz də deyillər. Qədim filosofların bəzisi belə zənn edirdilər. Mələklərin hamısına Məlaikə deyilir. Mələklər hər canlıdan əvvəl yaradılmışdır. Ona görə kitablara imandan əvvəl mələklərə iman edilməsi bildirildi. Kitablar da Peyğəmbərlərdən əvvəldir. Qurani-kərimdə də inanılacaq şeylərin adları, bu ardıcıllıq ilə bildirilmişdir.

Sual: Mələklərin qanadı var deyirlər, əgər varsa, mələklərin qanadları bizim bildiyimiz, gördüyümüz cinsdəndir?
Cavab: Uçan hər heyvanın və təyyarələrin qanadları özlərinin quruluşunda olub, bir-birlərinə bənzəmədiyi kimi, mələklərin qanadı da öz cinslərindəndir. İnsan görmədiyi, bilmədiyi bir şeyin adını eşitdikdə, bunu bildiyi şeylər kimi təsəvvür edib aldanır. Mələklərin qanadları var, buna inanırıq. Lakin, necə olduğunu bilmirik. Kilsələrdə, bəzi jurnal və filmlərdə, rəsm əsərlərində mələk deyə təsvir edilən qanadlı qadın rəsmləri uydurmadır. Müsəlmanlar belə rəsmlər hazırlamaz. Müsəlman olmayanların hazırladıqları bu səhv təsvirləri doğru sanmamalı və aldanmamalıdır.

Sual: Mələklər yaradılmış olduqlarına görə, bunlar da insanlar kimi xəta edə bilirlər, yanıla bilirlər?
Cavab: Mələklər Allahü təalanın dəyərli qullarıdır. Allahü təalanın əmrlərinə üsyan etməzlər. Əmr olunduqlarına əməl edirlər. Evlənmələri yoxdur, doğmazlar, çoxalmazlar. Bunlar xəta etməz, unutmaz, hiylə etməz, aldatmazlar. Bunların Allahü təaladan gətirdikləri hər zaman doğrudur. Şübhəli, ehtimallı deyillər. Mələklər Allahü təalanın əzəməti, cəlalı, böyüklüyündən qorxudadırlar. Onlara verilən əmrləri yerinə yetirməkdən başqa işləri yoxdur.

Sual: Sayı ən çox olan məxluq hansıdır?
Cavab: Sayı ən çox olan məxluq mələklərdir. Bunların saylarını Allahü təaladan başqa heç kim bilməz.

Mələklər və Qurani-kərim
Sual: Mələklər də Qurani-kərim oxuyurlar?
CAVAB
Qurani-kərimi oxumaq çox böyük bir nemətdir. Allahü təala bu neməti Həbibinin ümmətinə ehsan etmişdir. Mələklər bu nemətdən məhrumdur. Buna görə mələklər Qurani-kərim oxunan yerə toplaşıb dinləyirlər. (Hər kəsə Lazım Olan İman)

Mələyin dua etməsi
Sual: “Müsəlman din qardaşının arxasından xeyir-dua etdikdə, bir mələk, “Amin! Qardaşın üçün nə istəyirsənsə eynisini Allah sənə də versin” deyir” deyə bir hədis var. Mən çox arığam, xalam isə çox şişmandır. Əgər “Ya Rəbb, xalamı on kiloqram arıqlat!” deyə dua etsəm, eynisi mənə də verilsə, on kiloqram arıqlasam ölə bilərəm. Mələyin belə dua etməsi düzgündür?
CAVAB
Hədisi-şəriflərə elə məna vermək səhvdir. Arıqlamaq sizin üçün pislikdir. Mələk, yaxşılıq edənə pis dua etməz. Sizin sağlam olmağınız üçün nə qədər kökəlmək lazımdırsa mələk onun üçün dua edər. Yaxud başqa nəyə ehtiyacınız varsa, onun üçün dua edər. Yəni din qardaşımızın yaxşılığı üçün dua etmişiksə, mələk də, bizim bir yaxşılığa, bir ehtiyaca qovuşmağımız və ya bir xəstəliyimizin, yaxud bizə gələcək bəlanın önlənməsi üçün dua edər. Mələyin duası qəbul olur. Allahü təala etdiyimiz yaxşılıqlara, dualara çox qarşılıq verir. Bir hədisi-şərifdə, “Hər yaxşılıq üçün on mislindən yeddi yüzə qədər savab yazılır” buyuruldu. (Buxari)

Allahın işlərində yanlışlıq olmaz
Sual: Televiziyada bir din xadimi, “Gündüz mələkləri, növbəni gecə mələklərinə təhvil verəndə arada bir boşluq olur. Bu boşluqdan faydalanan şeytanlar və cinlər, insanlara müsallat olurlar. Mələklər növbə dəyişimi ilə məşğul olduqları üçün bunlara mane ola bilməzlər” dedi. Niyə boşluq olur? Boşluq olursa Allah bunu görmür? Boşluqdan əmələ gələn bu mənfi vəziyyətin niyə qarşısını almır?
CAVAB
Bu, tamamilə yalandır. Həm mələkləri, həm də Allahü təalanı təqsirləndirmək sayılır. Mələklərə o vəzifəni verən Allahü təaladır. Rəbbimizin işlərində heç boşluq, yanlışlıq, əksiklik, qəflət ola bilərmi? Mələklər də vəzifələrini axsatmaz.
Zındıqlar dinimizi məhv etmək üçün Müsəlmanların etiqadını pozmaq üçün ağıllarına gələni danışa bilərlər. Amma Müsəlmanların, “Bəlkə doğru ola bilər” deyə hər eşitdiklərinə inanmaları, yəni ciddiyə almaları düzgün deyil. Onsuz da zındıqların hədəfi Müsəlmanları dərhal kafirliyə inandırmaq deyil, onları imanlarında şübhəyə düşürməkdir. Çünki imanda şübhə imanı yox edir.

Mələkləri göndərmək
Sual: Kitablarda, “Allah bir quluna mələk göndərdi” və ya “Cəbrayılı dərhal göndərdi” kimi ifadələr keçir. Allah məkandan münəzzəh olduğuna görə, sanki mələklərin yanındaymış kimi, “Göndərdi” demək necə caiz olur?
CAVAB
Yeddi qat səma var. Birinci qat səma dünyadan çox böyükdür. Digər göylər də birinci qat göydən çox böyükdür. Allahü təala yerdəki və göklərdəki mələklərə eyni anda əmr edə bilir. Onlar da oradan başqa yerə gedirlər. Getdikləri yerlərdən başqa yerlərə getmələrini də əmr edə bilir. Buradakı məkan mələklərlə bağlıdır, Allahü təala ilə deyil.

Mələklərin sualı
Sual: “Bəqərə” surəsinin, “Rəbbin mələklərə, “Mən yer üzündə bir xəlifə yaradacağam” dedi. Mələklər, “Biz, səni həmdlə təsbeh edərkən, orada fəsad çıxaracaq, qan tökəcək insanımı xəlifə edəcəksən?” deyə soruşdular. Allah da onlara, “Əlbəttə mən sizin bilmədiklərinizi bilirəm” dedi” məalindəki 30-cu ayəti-kəriməsi insandan əvvəl də qan tökən, fəsad çıxaran canlıların olduğunu, mələklərin də bunu bildikləri üçün bu şəkildə soruşduqlarını göstərmir?
CAVAB
Adəm əleyhissalamdan əvvəl mələk, cin və heyvanlar var idi, amma insan yox idi. Təfsirlərdəki bilgilər belədir:
Əhməd ibn Yəhya həzrətləri buyurur ki:
Mələklər xəlifə ifadəsini eşitdikdə, Adəmoğulları arasında fəsad çıxaracaq kəslərin də olacağını anlamışdılar, çünki xəlifə kəlməsindən nəzərdə tutulan məna, pisliyi islah etmək və fəsadı tərk etməkdir. Mələklər, daha əvvəl cinlərin fəsad çıxarmalarını və qan tökmələrini görmüşdülər. Yer üzündə Həzrəti Adəmin yaradılışından əvvəl cinlər var idi. Onlar orada fəsad çıxarmış və qan tökmüşdülər. Allah onlara mələklərdən bir ordu göndərmişdi. Mələklər, “Orada fəsad çıxaracaq, qan tökəcək kəslər yaradacaqsan?” sualını, sadəcə vəziyyəti anlamaq üçün soruşmuşdular. Yəni, görəsən bu xəlifə [insan], bundan əvvəl gördüyümüz cin kimi olacaq, yoxsa başqa birimi olacaq demək istəmişdilər.
İbni Zeyd həzrətləri buyurur ki:
Allahü təala mələklərə insanlar arasında yer üzündə fəsad çıxaracaq, qan tökəcək kəslərin olacağını bildirmişdi. Elə buna görə mələklər də belə demişdilər. Bu sözləri ilə onlar Allahın yer kürəsində xəlifə təyin etdiyi və beləliklə ona nemət verdiyi kimsənin buna baxmayaraq üsyan etməsini heyrətlə qarşıladıqlarına görə belə sual verdilər.
Qatadə həzrətləri buyurur ki:
Allahü təala mələklərə, yer üzündə bəzi kəslər yaratsam, bunlar fəsad çıxarıb qan tökəcəklər deyə bildirmişdi. Allahü təala, “Mən yer üzündə bir xəlifə yaradacağam” deyə buyurduqda, mələklər, görəsən bu, Allahın onları yaradacağını bildirdiyi insandır, yoxsa başqası, olduğunu öyrənmək üçün, bu sualı vermişdilər. (Camiul-əhkam)

Mələklər haqqında müxtəlif suallar
Sual: Mələkləri həmişə qanadlı qız şəklində təsvir edirlər. Qızlara mələk adını qoyurlar. Dörd böyük mələyin ismini qızlara qoymağın bir zərəri vardırmı?
CAVAB
Mələkləri qız şəklində təsvir edənlər xristianlardır. Bir də onların təsiri altında qalan cahillərdir. Mələklərdə erkəklik, dişilik yoxdur. Mələk adını qız uşağına deyil, oğlan uşağına qoymaq daha uyğun olardı. Ən azından mələkləri qız sanma ehtimalı aradan qalxardı. Amma indi adət olmuşdur. Oğlana mələk adı qoymaq qəribə qarşılana bilər. Əcdadımız dörd böyük mələyin adını oğlan uşaqlarına qoyublar. Beləliklə onların qız olmadıqları düşüncəsi yayılmışdı. Oğlan uşaqlarına Cəbrayıl, Mikayıl, İsrafil adını qoymaq uyğundur. Cənnət mələklərinin ən böyüyü Rıdvandır. Cəhənnəm mələklərinin böyüyü də Malikdir. Bunların adını da oğlan uşağına qoymaq olar. Qız uşaqlarına da qoymaq caiz olsa da, xristianlara bənzəməmək üçün qoyulmamalıdır. Əzrayıl adı da caizdir. Lakin digər uşaqların ələ salmasına səbəbiyyət verə bilər. Ona görə Əzrayıl adını qoymaq uyğun görülməmişdir.

Sual: “Əcəlin xoryat əli”  demək küfürdür?
CAVAB
Bəli. Çünki Əzrayıl əleyhissalamın Allahü təalanın əmri ilə can alması xoş qarşılanmamış, ona təhqir edilmiş sayılır. Günahsız olan mələkləri hər nə şəkildə olur-olsun təhqir etmək, onları qüsurlu saymaq küfrə aparır. (Birgivi)

Sual: Mələklər Həzrəti Adəmə səcdə etdilərmi?
CAVAB
Mələklər Adəm əleyhissalama səcdə etmədilər. Onun istiqamətinə Allahü təalaya səcdə etdilər. Biz Kəbəyə səcdə etmirik, Kəbənin istiqamətinə yönələrək Allah üçün səcdə edirik.

Sual: Mələklər sevinib-kədərlənirlərmi?
CAVAB
Bəli.

Mələkləri məsxərəyə qoymaq
Sual: Qəzalar azaldıqda və ya yaşlılar ölməyəndə, Əzrayıl tətildə olur, demək caizdirmi?
CAVAB
Caiz deyil. Əzrayıl əleyhissalam vəzifəsində səhlənkarlıq etməz. Belə demək vəzifəsində səhlənkarlıq etdiyi mənasına gəlir. Mələkləri məsxərəyə qoymaq da küfrə qədər aparır.

Sual: Bir təfsirdə, Harut ilə Marut adlı iki mələyin günah işlədiyi yazılıdır. Başqa bir kitabda isə, mələklərin günah işləmədiyi yazılıb. Hansı doğrudur?
CAVAB
Qurani-kərimdə iki mələk deyilməsi, cinlərin mələklərin içində olmasına görə idi. Harut ilə Marut cin tayfasından idilər. Mələklər günah işləməz. (Təfsiri-Şeyxzadə, T. Kurtubi)

Sual: Cami kəlməsi, Cəbrayıl, Əzrayıl, Mikayıl, İsrafil adlı dörd böyük mələyin adlarının baş hərflərindən əmələ gəlib?
CAVAB
Xeyr, mələklərin adları ilə əlaqəsi yoxdur. Cami, ərəbcə kəlmədir. Dörd deyil, üç hərflidir. Cim, mim və ayn hərfləri ilə yazılır. Həmçinin, mələklərin üstünlük sırası da, bu kəlməyə uyğun deyil. Mövlana Xalidi Bağdadi həzrətləri buyurur ki:
Mələklərin bir-birlərindən üstünlükləri vardır. Ən üstün dörd böyük mələkdən 1-si Cəbrayıl, 2-si İsrafil, 3-sü Mikayıl, 4-sü Əzrayıldır [əleyhimüssalam]. (Etiqadnamə)

Sual: Peyğəmbərlər mələklərdən üstün ikən, mələklərə iman nə üçün peyğəmbərlərə imandan əvvəl yazılır?
CAVAB
Mələklər hər canlıdan əvvəl yaradıldı. Ona görə kitablara imandan əvvəl, bunlara iman edilməsi bildirildi. Kitablar da Peyğəmbərlərdən öncədir. Qurani-kərimdə də inanılacaq şeylərin adı bu sıra ilə bildirilmişdir.

Mələklərin adları
Sual: Mələklərdə erkəklik və dişilik olmadığı halda, niyə xristianlar mələkləri qız kimi təsvir edirlər? Niyə Müsəlmanlar da Mələklərin adlarını kişilərə qoyurlar?
CAVAB
Xristianlar mələklərə qız dedikləri üçün bu köhnə düşüncə aradan qalxsın deyə Müsəlmanlar, Cəbrayıl, Mikayıl, İsrafil kimi mələk adlarını oğlan uşaqlarına qoyublar. Belə bir bənzətmə məsələ olmazsa, oğlana da, qıza da qoymaq olar.
Saleh Müsəlmanlar üçün oğlan olsa da, qadın olsa da və ya uşaq ya, böyük olsa da, təmiz, günahsız mənasında, “mələk kimi insan” və ya “o bir mələkdir” deməyin zərəri yoxdur.

Sual: Mələklər və cinlər eyni maddədən yaradılmışlar və bir-birinə bənzəyən cəhətləri vardırmı?
Cavab: Cin atəşin alov hissəsindən yaradılmış cisimlər olub hər şəklə girə bilirlər. Mələklər isə nurani cisimlərdir. Müxtəlif şəkillərə girə bilirlər. Mələklə cin yaradılış etibarilə bir-birinə yaxındır. Mələklər möhtərəm, qiymətlidirlər. Cin aşağıdır, qiymətsizdir. Mələkdə nur, işıq qismi, cində isə alov maddəsi çoxdur. Əlbəttə nur zülmətdən üstündür. Mələklərin cinnlərə oxşarlığı, insanın heyvana oxşarlığı kimidir. İnsanların üstün olanları, mələkdən qiymətli, cin də heyvandan qiymətlidir. Mələklərdə nəfs yoxdur, cinlərdə isə nəfs vardır.

Sual: Mələklərdə yemə, içmə, erkəklik, dişilik və evlənmə kimi şeylər mövcuddurmu?
Cavab: Mələklər Allahü təalanın dəyərli qullarıdır. Əmr olunduqları işləri görürlər, üsyan etməzlər. Yemələri, içmələri yoxdur. Evlənməzlər, erkək, dişi deyildirlər, uşaqları olmaz. İlahi kitabları onlar gətirmişlərdir. Etibarlı varlıqlar olduqları üçün gətirdikləri də doğrudur. Müsəlman olmaq üçün mələklərə belə inanmaq lazımdır.

Mələklər niyə yaradıldı?
Sual:  Hər hansı bir yardıma ehtiyacı olmadığı halda, Allah, mələkləri niyə yaratdı? Özü bir ol deməklə yarada biləcəyi şeyləri, niyə mələklərə etdirir?
CAVAB
Bəli, Allahü təalanın heç kimin yardımına ehtiyacı olmadığı halda, hər şeyi yoxdan bir ol deməklə yarada bilər. Bir ayəti-kərimə məali belədir:
“Allah bir şeyi yaratmaq istədikdə, ol deyir, o da dərhal olur.” [Bəqərə 117]
Ancaq, adəti-ilahi belədir ki, Allahü təala hər şeyi bir səbəblə yaradır. Məsələn, Cəbrayıl əleyhissalamı Peyğəmbərlərə vəhy göndərməklə, Əzrayıl əleyhissalamı insanların ruhunu almaqla vəzifələndirmişdir. Diləyərsə, Cəbrayıl əleyhissalam olmadan da Peyğəmbərlərinə vəhy göndərə bilərdi, belə ki, onların mübarək qəlbinə ilham edərək göndərdiyi də vaqe olmuşdur. Əzrayıl əleyhissalam olmadan da canımızı ala bilər. Buludsuz da yağış yağdırar. Uşağın dünyaya gəlməsi üçün ana-atanı səbəb yaratmışdır. Hər nə qədər adəti səbəblərlə yaratmaq olsa da, diləyərsə səbəbsiz də yaradar. Belə ki, Həzrəti İsanı atasız, Həzrəti Adəmi də həm anasız, həm də atasız yaratmışdır.
Allahü təala çörəyi doyurmağa səbəb etdiyi kimi, dərmanları da xəstəlikləri sağaltmağa səbəb etmişdir. Bütün səbəbləri yaradan, bunlara təsir qüvvəsi verən Allahü təaladır.

Musa əleyhissalam, belə bir sual soruşdu:
— Ya Rəbb, xəstəliyi əmələ gətirən kimdir, xəstəliyi sağaldan kimdir?
Cənab Haqq buyurdu ki:
— Hər ikisini də Mən edirəm.
— O halda həkimə nə ehtiyac var?
— Həkimlər şəfa üçün yaratdığım səbəbləri bilirlər və qullarıma verirlər. Mən də onlara bu yoldan ruzi və savab verirəm. (Kimyayi-səadət)

Bu halda, mələklər niyə yaradıldı demək, Allah dərmanlara niyə faydalı təsir qüvvəsi verdi deməyə bənzəyir. Ona görə atalarımız, “Hikmətindən sual olunmaz” demişlər.

Rəhmət mələkləri
Sual: Qonşuma dedim ki, “Evdə it saxlama! İt olan evə mələk girməz”. O da “Lap yaxşı, o zaman Əzrayıl mələyi də gəlməz, çox yaşayaram” dedi. Belə danışması düzgündür?
CAVAB
Əlbəttə çox səhvdir. Din ilə lağ etmək üçün deyilirsə, küfür də sayılır. Rəhmət mələkləri ilə Hafaza mələkləri və ölüm mələyi ayrıdır. Vəzifələri də ayrıdır. İt olan evə sadəcə rəhmət mələkləri girməz. İnsanların günah və savabını yazan kiramən katibin mələkləri isə girir. Bu mələklər insandan ayaq yolunda ayrılır. Ayaq yolunda işlənən günah və ya savabları Allahü təala mələklərə bildirir. (Rədd-ül-muxtar)
Deməli, mələk girməsə belə günahları gizləmə imkanı yoxdur. Mələk görməsə belə, haşa Allah da görmür?

Rəhmət mələkləri, bu yerlərə girməz:
1- İçində canlı rəsm və ya heykəli olan otağa,
2- Spirtli içki içilən və içki olan yerə,
3- Qumar oynanan və ya qumar aləti olan yerə,
4- Günah işlənən yerə,
5- İt olan yerə,
6- Cünub olan otağa,
7- Çalğı alətləri olan otağa,
8- Qonaq gəlməyən evə,
9- Övrət yeri açıq duranın olduğu yerə,
10- Ana-ataya asi olunan evə. (Nisabül-əhbər)

Mələk girməyən evə şeytan girər. Şeytan da pislik etdirməyə çalışır. Rəhmət mələkləri bir evə girməsə, onların faydalarından və edəcəyi dualardan məhrum qalarıq. Hədisi-şəriflə bildirilən bir neçə xüsus belədir:
1- “Mələk girməyən evə şeytan girər.” Şeytan da hər cür pisliyi etdirmək üçün vəsvəsə verir. [Buralarda, mələk deyərkən rəhmət mələkləri nəzərdə tutulur.]
2- “Bir evə qonaq gələndə, mələklər süfrədə ev sahibinə dua edirlər.” [Tabərani] Mələklər girmədikdə, o duadan məhrum qalırıq.
3- “Süfrədə sirkə yeyənə, mələklər dua edər.” [İ.Əsakir] Mələklər girmədikdə, sirkə də yeyilsə, duadan məhrum qalırıq.
4- “Mələklər sahura qalxana dua edər.” [İ. Əhməd] Mələklər girmədikdə, o insan mələklərin edəcəyi bu duadan məhrum qalır.
5- “Salavat gətirən insanın günahlarının əfv olması üçün mələklər dua edirlər.” Mələklər gəlməsə bu duadan məhrum qalırıq.
6- “Allahü təalanın zikr edildiyi yerlərə mələklər rəhmət saçar.” [Əbuşşeyx] Mələklər girməsə, bu rəhmətdən də məhrum qalırıq.
7- “Quranı xətm edənə 60 min mələk dua və istiğfar edir.” [Deyləmi] Mələklər gəlməsə bu duadan məhrum qalırıq.
8- “Bir şəxs namaz qıldığı yerdən uzaqlaşana qədər mələklər, “Ya Rəbb, buna rəhmət et” deyə dua edirlər.” [Nəsai] Mələk girməsə bu duadan məhrum qalırıq. Rəhmət mələklərinin girməsinə əngəl olan şeylər varsa, namazımız da məkruh olur.
9- “Mələklər yaxşılıq öyrədənə dua edirlər.” [Tirmizi] Mələk gəlməsə, bu duadan məhrum qalırıq.
10- “Din qardaşının bir işini görənə, minlərlə mələk dua edir.” Mələklər gəlməsə, bu duadan məhrum qalırıq.
11- “Yatağa dəstəmazlı girən şəxs üçün bir mələk səhərə qədər, “Ya Rəbb, bunu əfv et” deyə dua edər.” [Hakim] Mələk gəlməsə, bu duadan məhrum qalırıq.
12- Ölüm xəstəsinin olduğu otaqda mələk girməsinə mane olan başqa şey olmamalıdır. Mömin, ruhunu təslim edəcəyi vaxt, rəhmət mələklərini görüb, can vermə acısını hiss etməz. Oraya rəhmət mələkləri girməsə, o kimsə ölərkən sıxıntılara məruz qala bilər. Ona görə rəhmət mələklərinin girməsinə mane olacaq iş görməmək lazımdır.

Ölüm mələyinin can alması
O şəxsin, “Mələk evə girməsə canımı alan olmaz, 250 il yaşayaram” deməsi çox səhv bir sözdür. Niyə 250 il, o zaman min il yaşasın, hətta heç ölməsin. Ölməmək mümkündürmü? Ölməmək mümkün olmadığına görə ölüm mələyi harda olursan ol canımızı alır. Dünyanın müxtəlif yerlərində eyni anda ölən insanların canlarını da, eyni anda alır. Bir şəhərin elektrik lampalarını eyni anda söndürməyə bənzəyir.
İbrahim əleyhissalam Əzrayıl əleyhissalamdan soruşdu:
— Dünyanın müxtəlif yerlərində zələzələ, müharibə, xəstəlik kimi səbəblərlə eyni anda ölən çox insan olur. Eyni anda bunlara necə çatırsan?
Əzrayıl əleyhissalam dedi ki:
— Əcəli gələnləri çağırıram dərhal hamısı ovcumun içinə gəlirlər.
Hikmət əhlindən bir şəxs, “Yer üzü ölüm mələyi üçün qarşısındakı bir ləyən kimidir. Əcəli gələni götürür” buyurdu.
Süleyman əleyhissalam ölüm mələyinə dedi ki:
— Canını aldığın insanların, kimi gənc, kimisi uşaq olur. Bu necə olur?
— Əcəlləri mən təqdir etmirəm. Əlimə əcəli gələnlərin siyahısı verilir. Mən də çağırıram gəlirlər.
Müsəlmanların ruhunu Əzrayıl əleyhissalam alır, kafirlərin canını isə Əzrayıl əleyhissalamın əmrindəki mələklər alır. Yəni fasiq və kafirlərin ruhunu digər mələklərə əmr verərək aldırır.

Uşağın tualet güvəcini təmizləməmək

Sual: Körpənin tualet güvəcinə etdiyi sidiyi, gecə orada saxlamaq olarmı?
CAVAB
Tualetə boşaldıb güvəci yuyub, gecə saxlamamaq lazımdır. Bir hədisi-şərif məalı belədir:
“Evdə qabın içində sidik saxlamayın! Rəhmət mələkləri bu otağa girməz.” [Tabərani]

Zibili belə evdə saxlamaq uyğun deyil. Bir hədisi-şərif məalı belədir:
“Bir evdə zibil olarsa, o evdən bərəkət çəkilər.” [Deyləmi]

Mələklər və İblis
Sual: İblis, lənətlənmədən əvvəl mələklərin ustadı idi?
CAVAB
Bəli, mələklərin ustadı və rəisi idi. İslam alimləri buyururlar ki:
Allahü təalanın əmri ilə bütün mələklər Adəm əleyhissalama doğru səcdə etdilər. Mələklərin ustadı, müəllimi olan İblis əmri dinləmədi, səcdə etmədi. İmam Saləbi həzrətlərinin, İbni Abbas həzrətlərindən rəvayət etdiyinə əsasən, İblis mələklərlə bir idi. Oddan yaradılan cinlər tayfasından idi. Mələklər isə nurdan yaradılmışdılar. İblisin əvvəlki adı Əzazil idi. Cənnətin keşikçilərindən idi. Dünya səmasının mələklərinin rəisi, dünya səmasının və yerin sultanı idi. Elmdə mələklərdən üstün idi. Göylə yer üzünün arasını idarə edirdi, buna görə özünü böyük gördü. Bu halı onu Allaha üsyana sürüklədi. Allahü təala da onu rəhmətindən uzaqlaşdırdı. (Camiul Əhkam)

İbni Abbas həzrətləri buyurur ki:
“İblis, Cənnət keşikçilərindən idi, dünya səmasının işlərini idarə edirdi.” [Beyhəqı]

Said ibn Müseyyib buyurur ki:
“İblis Mələklərin rəisi, ustadı idi.” [İbni Cərir, İ. Süyuti]

Əhməd Rıfai həzrətləri tələbələri ilə söhbət edərkən insanların özlərini bəyənmələri haqqında bir suala verdiyi cavabda buyurdu ki:
Elminin və əməlinin çox olması ilə qürurlanan insan mərifət sahibi deyil. Çünki şeytan da çox böyük biliyə sahib idi. Səhv məntiq irəli sürərək, odun torpaqdan daha üstün olduğunu iddia etdi. Halbuki mələklərə müəllimlik edirdi. Sonunda öz nəfsinin üstün olduğunu söyləyib təkəbbürə düşdü. Beləliklə, Allahü təalanın qəzəbinə gəldi və lənətə müstəhaq oldu. Əbədi olaraq rəhmət dərgahından qovuldu. (Övliyalar ensiklopediyası)

Mələklərin başçısı iblis idi. (Rəhbər ensiklopediyası)

Sual: Quranda, İblisə deyil, mələklərə səcdə əmri verildiyi bildirilir. Şeytana belə bir əmr verilmədiyi halda, nə üçün şeytan cəzalandırılıb lənətləndi?
CAVAB
Xeyr, haşa, Allahü təalanın yanlış, lazımsız bir şey etməsi, xəbərdarlıq etmədən, təqsirsiz bir məxluqunu cəzalandırması, yəni zülüm etməsi, əlbəttə mümkün deyil! İblis Mələklərlə birlikdə yaşayırdı, onların müəllimi idi. Allahü təala içərisində İblisin də olduğu mələklər topluluğuna əmr verdi. O topluluqda İblis olmasaydı, verilən əmrdən məsul olmazdı. Ayəti-kərimələrdə, “Lakin İblis səcdə etmədi” buyurulduğuna görə, İblis də, səcdə əmri verilənlərdən idi. Bir ayəti-kərimə məali belədir:
“Mələklərə, “Adəmə səcdə edin” demişdik. İblis xaric, hamısı səcdə etmişdi. O, cinlərdən idi. Rəbbinin əmrindən çıxdı. İndi siz məni qoyub, İblisi və onun havadarlarını özünüzə dost edirsiz? Halbuki onlar sizin düşməninizdir. [Şeytanın yolundan gedənləri özlərinə dost edərək, Cənnəti verib Cəhənnəmi almaq] zalımlar üçün necə də pis bir alış-verişdir.” [Kəhf 50]
Şeytanın səcdə ilə əmr olunduğunu bildirən iki hədisi-şərif məalı belədir:
“Adəmoğlu, səcdə ayəsini oxuyub, səcdə etdikdə, şeytan ağlayaraq uzaqlaşır. Sonra belə deyir: Adəmoğlu səcdəylə əmr olundu və səcdə etdiyi üçün Cənnətə qovuşdu. Mən bədbəxt də səcdəylə əmr olundum, amma üsyan etdiyim üçün Cəhənnəmə müstəhaq oldum.” [Müslim]
“Təkəbbürdən çəkinin. Təkəbbür, şeytanı səcdə etməməyə sövq etdi.” [İ. Əsakir]

Sual: İblis, Həzrəti Adəmə səcdə etmədiyi üçün niyə lənətləndi? Şeytanın Həzrəti Adəmə səcdə etməməsi ilə, Allaha üsyanın nə əlaqəsi var? Həm Allaha üsyan etmiş olsa belə, üsyan lənətliyə, küfrə səbəb olurmu? Niyə Allah Özünə deyil, Həzrəti Adəmə səcdə edilməsini əmr etmişdi?
CAVAB
Səcdənin Adəm əleyhissalam üçün deyil, Allah üçün olması istənmişdi. Yəni Həzrəti Adəmin istiqamətində Allaha olması əmr edildi. Biz də Kəbə istiqamətində Allah üçün səcdə edirik. Kəbəyə səcdə etmirik. İblisə, Mələklərlə birlikdə Adəm əleyhissalam istiqamətində Allaha səcdə etmək əmr edildi. İblis isə bu əmri səhv əmr hesab edərək, səcdə etmədi. Yəni İblis səcdə əmrini yerinə yetirmədiyinə görə deyil, Allahın əmrini səhv, lazımsız qəbul etdiyi üçün lənətlik oldu.
Namaz qılmayan, oruc tutmayan insana, Allaha üsyan vəziyyətində olsa da, kafir deyilməz. Amma namazı, orucu lazımsız görərsə kafir olur.
Burada da şeytan Allahın əmrini doğru hesab etməyib, “Mən oddan, o isə torpaqdan yaradılıb. Oddan yaradılan bir varlığın, torpaqdan yaradılan bir varlığı qiblə qəbul etməsi yanlışdır” deyərək səcdə etmədi və əbədi lənətliklərdən oldu.

Mələk və şeytan
Sual: Hər insanın yanında bir mələk və bir şeytan varmı? Bir də, “İslam Əxlaqı” kitabında “Şeytanım Müsəlman oldu” hədisi keçir. Şeytanım Müsəlman oldu nə deməkdir?
CAVAB
Hər insanın yanında bir şeytan olduğu kimi, hər kəsin yanında bir də mələk var. Şeytan insanın qəlbinə pis düşüncələr, vəsvəsələr gətirir. Mələk isə, insana gözəl düşüncələr ilham edir. Üç hədisi-şərif məalı:
“Mələkdən gələn ilham İslamiyyətə uyğun olur. Şeytandan gələn vəsvəsə İslamiyyətdən ayrılmağa səbəb olur.” [Tirmizi]
“Allahü təala məni yanımdakı şeytanın vəsvəsələrindən mühafizə etdi.” [Bəriqa]
“Allahü təala mənə ehsan etdi. Şeytanım Müsəlman oldu.” [Bəriqa]
Buradakı Müsəlman oldu demək, yəni təslim oldu, mənə zərər verə bilmədi deməkdir. Kəlimə etibarilə Müsəlman təslim olan, qeydsiz-şərtsiz boyun əyən deməkdir.

Şeytan niyə kafirdir?
Sual: Şeytan Allahı tanıyır, Cənnəti və Cəhənnəmi gördü. Günah işləyənlərin Cəhənnəmdə cəza görəcəyini bilir. Buna görə insanlara vəsvəsə verir. Günaha və küfrə təşviq edir. Küfrə girənlərin Cəhənnəmdə cəzalanacağını bilir ki, durmadan vəsvəsə verir. Şeytan bir Müsəlmanın inanması lazım olan hər şeyə inanır. Sadəcə Allahın bir əmrini yerinə yetirmədi. Müsəlman da Allahın çox əmrinə riayət etmir. Şeytan bir günahdan ötrü niyə əbədi cəhənnəmlikdir?
CAVAB
Şeytan günahdan ötrü deyil, küfürdən ötrü əbədi cəhənnəmlik oldu. Allahın əmrini yerinə yetirmədiyinə görə deyil, bəyənmədiyinə görə, yəni Allahın, oddan yaradılan bir qulunun, torpaqdan yaradılan bir qula səcdə etmə əmrinin yanlış olduğunu söylədiyi üçün küfrə girib və küfrünə peşman olmadı. İndi bir Müsəlman heç içki içməsə də, “Sərxoş etməyəcək qədər az içki içmək günah olmaz” desə küfrə girmiş olacaq, kafir olacaq. Çünki dinin əmrini bəyənməmiş sayılır. Şeytan da Allahü təalanın əmrini bəyənmədiyi üçün kafir olmuşdur. Ona görə də dinimizin hər hansı bir əmrini bəyənməməkdən çox çəkinmək lazımdır.

Mələklər ağıllı varlıqlardır
Sual: Mələklərin ağıllı olmadığını və bunun üçün heç bir məsuliyyət daşımadığını, dinlərin insanlar və cinlər üçün olduğunu deyərək, mələklərin dindar olmadığı, yalnız əmr olunanı yerinə yetirən robot kimi bir varlıq olduğunu söyləyirlər. Bəziləri də kişi olduqlarını söyləyir. Bu fikirlər imanın altı şərtindən birini inkar etmək deyilmi?

CAVAB

Bütün əqaid kitablarında mələklərin erkək və dişi olmadığı yazılıdır. Əvvəllər xristiyanlara pərəstiş edən bəzi insanlar mələklərin dişi olduqlarını söyləyir və qanadlı qız şəkilləri çəkirdilər. İndi də qanadlı kişi şəkilləri çəkəcəklərmi?

Mələklər nurdan, İblis və cinlər isə alovdan yaradılmışdır. Onların hamısı ağıl və iradə sahibi varlıqlardır. Allahu təala mələkləri də, İblisi də imtahandan keçirmişdi. Bir ayəti-kərimə məalı belədir:

“Adəmə [Adəmə qarşı Allaha] səcdə edin dediyimiz zaman İblisdən başqa mələklərin hamısı səcdə etdi. İblis isə üz çevirib riyakarlıq etdi, kafirlərdən oldu. [Bəqərə 34]

Mələklərin məsum olması onların ağıl sahibi olmadıqlarını göstərmir. Ağıl sahibi olmayan da Peyğəmbər olmaz. Qurani-kərimdə mələklərdən də peyğəmbərlərin olduğu bildirilmişdir. Cəbrail, Mikail, İsrafil və Əzrail [əleyhimüssəlam] mələklərin peyğəmbərləridir. Mələklərin hamısı elm sahibidir. İki ayəti-kərimə məalı:

Mələklər dedilər: “Ey rəbbimiz, Səni nöqsan sifətlərdən tənzih edər, kəmal sifətlər ilə təvsif edərik ki, Sənin bizə öyrətdiklərindən başqa bizim məlumatımız yoxdur.” [Bəqərə 32]

“Allah, mələklər və ədaləti yerinə yetirən elm sahibləri Ondan başqa ilah olmadığına şəhadət etmişdilər. [Al-i İmran 18]

“Quran, Ərşin sahibi olan Allah qatında dəyərli, qüdrətli, sözü eşidilən və güvənilən şərəfli bir elçinin [Cəbrailin] gətirdiyi sözlərdir”. [Təkvir 19-21]

Allahu təala mələklərə fərqli vəzifələr vermişdir. Bir ayəti-kərimə məalı:

“[Möminlərin ruhlarını Cənnətə, kafirlərinkini Cəhənnəmə aparmaqla] yarışan və işləri idarə edən mələklərə and olsun.” [Nəziət 4-5]

Allahu təala işləri idarə etməklə məşğul olan mələklərin üstünlüyünü bildirmək üçün onlara and içir.

Allahu təala mələklərdən də rəsul seçmişdir. Bir ayəti-kərimə məalı da belədir:

“Allah mələklərdən də, insanlardan da Rəsullar [elçilər] seçər.” [Həc 75]

Mələkləri ağılsız varlıqlar adlandırmaq onları inkar etməyin başqa bir yoludur. Mələklərə iman imanın altı şərtindən biridir. Bir ayəti-kərimə məalı:

“Allahı, mələklərini, kitablarını, peyğəmbərlərini və axirət gününü inkar edən dərin bir zəlalətə düşmüşdür.” [Nisa 136]

Mələklərdə erkəklik və dişilik yoxdur. Müşriklər “Mələklər dişidir, onlar Allahın qızlarıdır” dedikləri üçün Allahu təala buyurdu ki:

“[Ey müşriklər] Rəbbiniz oğlan uşaqlarını sizin üçün ayırıb, özü üçün mələklərdən qız uşaqlarımı götürdü? Həqiqətən siz vəbalı çox böyük bir söz söyləyirsiniz.” [İsra 40]

“Müşriklərdən soruş: Qızlar Rəbinin, oğlanlar onlarındırmı? Biz mələkləri onların gözləri önündə qız olaraqmı yaratdıq? Tamamilə yalan söyləyirlər.” [Səffat 149-151]

“Axirətə inanmayanlar mələklərə qadınların adlarını qoyurlar.” [Nəcm 27]

Bədr və Hüneyn döyüşlərində mələklər köməyə gəlmişdilər. İki ayəti-kərimə məalı:

“O zaman [Bədrdə] möminlərə deyirdin: “Rəbbiniz üç min mələk göndərib, sizə kömək etməsi kifayət deyilmi.” [Al-i İmran 124]

“Siz zəfər üçün Rəbbinizdən kömək istədiyiniz zaman O da, “Bir-birinin ardınca gələn min mələklə sizə kömək edirəm” deyərək duanızı qəbul etdi.” [Ənfal 9]

Döyüşə qoşulub düşmənlə döyüşə bilirlər. Onlara necə ağılsız, şüursuz demək olar?

Rəsulullah əfəndimizin köməkçilərinin mələklər olduğu bildirilir.

“Onun dostu və köməkçisi Allah, Cəbrail və saleh möminlərdir. Bundan başqa mələklər də onun köməkçisidir.” [Təhrim 4]

Hədisi-şəriflərdə də mələklərin ağıllı olduğu bildirildi. Üç hədisi-şərif məalı:

“Canlı şəkli, it və cünub olan yerə rəhmət mələkləri girməz.” [Nəsai]

“Sarımsaq, soğan yeyən məscidimizə gəlməsin. Çünki insanları narahat edən şeylər mələkləri də narahat edir.” [Tabərani]

“Çılpaq dayanmayın! Sizdən yalnız cimada və ayaqyolunda ayrılan hafəzə mələklərindən utanın və onlara hörmət edin!” [Tirmizi]

Deməli, mələklər evlərə rəhmət üçün gələ bilir və evdə cünub varsa, bunu bilə bilirlər. Bu sadə bir iş deyil. İnsanları narahat edən pis qoxulardan onlar da narahat olur və yanlarında çılpaq dayanmaq düzgün deyil. Əgər robot kimidirlərsə, nə üçün cünubdan, pis qoxudan narahat olsunlar, nə üçün onlardan utanılsın və nə üçün onlara qarşı hörmətlə davranmaq əmr edilsin?

Bir ayəti-kərimə məalı belədir:

“Yoxsa onlar [müşriklər] bunu qəlblərində gizlətdiklərini və pıçıltılarını eşitmədiyimizi düşünürlərmi? Xeyir, biz eşidirk, yanlarındakı elçilərimiz [mələklər] də yazırlar.” [Zühruf 80]

Əməllərimizi aşkar edib yazan, insanı məzarında sorğu-suala çəkən mələklərin ağıl və elm sahibi olduqlarını göstərən sənədlərə baxmayaraq, onlara ağılsız, robot kimi varlıqlar olduğunu söyləmək çox yanlış və gülüncdür.

Mələklərə iman necə olmalıdır?
Sual: Mələklərə iman necə olmalıdır?

CAVAB

İmanın ikinci şərti Mələklərə imandır. Aməntüdəki “Və məlaikətihi” ifadəsi Allahu təalanın mələklərinə inanmağı, iman etməyi bildirir.
Mələklər həyat sahibi, canlı, nurani varlıqlardır və ağıl sahibidirlər. Onlar Allahu təalanın sevimli və qiymətli qullarıdır, şərikləri və qızları deyildir. Allahu təalanın əmrlərinə itaət edər, üsyan etməzlər, günah işləməzlər. Nə kişi, nə də qadın deyillər. Evlənmirlər, doğmurlar, çoxalmırlar, uşaqları olmur və yeyib-içmirlər. Allahu təala onlardan bəzilərini peyğəmbər olaraq seçmişdir. Başqa mələklərə vəhy [xəbər] aparmaq vəzifəsi ilə şərəfləndirmişdir. Peyğəmbərlərin kitablarını və səhifələrini gətirən də onlardır. Məsələn, Ənam surəsini Cəbrayıl əleyhissəlam ilə birgə 70 min mələk gətirmişdir. Onlar səhv etmir,unutmur, hiylə etmir və aldatmırlar. Mələklərin Allahu təaladan gətirdikləri doğrudur, şübhəli və ya ehtimal deyildir, onlara verilən əmrləri yerinə yetirməkdən başqa işləri yoxdur.

Mələklərin 4-ü ən üstündür:

Cəbrayıl əleyhissəlam mələklərin ən üstünüdür. Vəzifəsi peyğəmbərlərə vəhy gətirmək, əmr və qadağaları bildirməkdir. Cəbrayıl əleyhissəlamın günah işləyəcəyini və ya yanlış bir iş edəcəyini düşünmək çox təhlükəlidir. Çünki Allahu təala buyurdu ki:

“Ey Rəsulum, de ki: “Cəbrayıla düşmən olan Allaha düşməndir.” Çünki o, Allahın izni ilə Qurani-kərimdən əvvəl gələn kitabları təsdiqləyici, bir hidayət rəhbəri və möminlər üçün müjdəçi olaraq sənin qəlbinə endirmişdir.” [Bəqərə 97]

İsrafil əleyhissəlam Sura üfürməklə vəzifəlidir. Birinci üfürməsindəki səsi eşidən Allahu təaladan başqa bütün canlılar öləcək, ikincisində isə hamısı yenidən diriləcəkdir.

Mikayıl əleyhissəlam ruzi göndərilmək, ucuzluq, bolluq, qıtlıq, bahalıq və hər maddəni hərəkət etdirməklə vəzifəlidir.

Əzrail əleyhissəlam insanların ruhunu almaqla vəzifəlidir.

“Zəbani kimi bir zalım”, “Əzrail kimi cani, işkəncə verən Zəbani”, “Uşaqlarınıza tərbiyə verməsəniz anarşist olar, Əzrail və Zəbani olar” kimi sözlər düzgün deyildir. [Bu sözləri məcaz olaraq da nümunə göstərmək düzgün deyil. Allahu təalanın əmrinə tabe olaraq iman edən, əmr və qadağalara riayət edən müsəlmanlara, məsələn, namaz qılan, oruc tutan, qull haqqı yeməyən, zina etməyən müsəlmanalara heç axmaq, cahil, hörümçək başlı deyilərmi? Bunun kimi Allahu təalanın əmrini yerinə yetirən mələklərə heç cani, işgəncə verən, zalım demək olarmı? Məcazı da, misalı da, zarafatı da çox çirkindir]. Mələkləri təhqir edən müsəlman dindən çıxar. Bütün mələklər günahsızdır, cani, işkəncə verən, zalım deyildir. Onlar Allahu təalanın əmrini yerinə yetirirlər. [Fəraid-ül-fəvaid]

Digər mələklər

Sual: Dörd böyük mələkdən başqa məlum olan digər mələklər hansılardır və onların vəzifələri nələrdir?

CAVAB

Mövlanə Xalidi Bağdadi həzrətləri buyurur ki:

Dörd böyük mələkdən sonra üstün olan mələklər dörd sinifə bölünür:

1-Hamələyi Ərş deyilən dörd mələk var.
2- Hüzuri ilahidə olan mələklərə Müqarrəbin deyilir.

3- Əzab mələklərinin böyüklərinə Kərubiyan deyilir.

4- Rəhmət mələklərinə Ruhaniyan deyilir.

Onların hamısı mələklərin üstün olanlarıdır.

Cənnət mələklərinin böyüklərinin adı Ridvandır. Cəhənnəm mələklərinə zəbani deyilir. Onlar cəhənnəmdə əmr edilən vəzifələrini yerinə yetirərlər. Cəhənnəm odu onlara zərər verməz. Dənizin balığa zərər verməməsinə bənzəyir. Cəhənnəm zəbanilərinin böyükləri 19-dur. Ən böyüyünün adı Malikdir.

Hər insanın xeyir və şər, bütün işlərini yazan, ikisi gecə, ikisi gündüz gələn dörd mələyə kiramən katibin, cindən qoruyan mələklərə hafəzə mələkləri deyilir. Hafəzə mələklərinin bunlardan başqa olduqları da bildirilmişdir. Sağ tərəfdəki mələk soldakının rəhbəridir, yaxşı əməlləri və ibadətləri yazır. Sol tərəfdəki isə pislikləri yazır.

Qəbirlərdə kafirlərə, asi müsəlmanlara əzab verəcək mələklər və sual verən mələklər vardır. Sual mələklərinə Münkər və Nəkir deyilir. Möminlərdən soruşanlara Mübəşşir və Bəşir deyilir.

Ən çox sayı olan məxluq mələklərdir. Onların sayını Allahu təaladan başqa heç kim bilmir. Göydə mələklərin ibadət etmədiyi boş bir yoxdur. Göyün hər yeri rükuda və ya səcdədə olan mələklərlə doludur. Göydə, yerdə, otlarda, ulduzlarda, canlı və cansızlarda, yağış damcılarında, ağacların yarpaqlarında, hər molekullarda, hər atomda, hər reaksiyalarda, hər hərəktdə, hər şeydə mələklərin vəzifələri vardır. Hər yerdə Allahu təalanın əmrlərini yerinə yetirərlər. Allahu təala ilə məxluqları arasında vasitəçidirlər. Bəziləri başqa mələklərin rəhbəridir, bəziləri peyğəmbərlərə xəbər gətirir, bəziləri isə insanların qəlbinə yaxşı düşüncə gətirir ki, buna da ilham deyilir. Bəzilərinin insanlardan və bütün məxluqlardan xəbəri yoxdur. Allahu təalanın camalı qarşısında özlərindən keçmişdilər. Hər birinin müəyyən yeri vardır, oradan ayrılmırlar. [Etiqadnamə]

Mələklərə iman necə olmalıdır?

Sual: Mələklər necə varlıqlardır, onları necə tanımalı və mələklərə hansı formada inanıb iman etməlidir?

CAVAB

Bu mövzuda Mövlanə Xalid Bağdadi həzrətlərinin Etiqadnamə kitabında deyilir ki:

Mələklərə iman belə olmalıdır: Mələklər Allahu təalanın qullarıdır. Kafirlərin, müşriklərin zənn etdiyi kimi şərikləri, qızları deyildir. Allahu təala mələklərin hamısını sevir. Onlar Allahu təalanın əmrlərinə itaət edərlər, günah işləməzlər, əmrlərə üsyan etməzlər. Erkək və dişi deyillər, evlənməzlər, uşaqları olmaz. Həyat sahibi, diridirlər. Allahu təala insanları yaradacağını buyurduğu zaman, “Ya Rəbbi! Yer üzünü məhv edəcək və qan tökəcək məxluqları yaradacaqsanmı?” kimi mələklərin zəllə deyilən sualları, onların məsum və günahsız olmalarına zərər vermir.

Mələkərin hər birinin müəyyən bir yeri vardır və oradan ayrılmırlar. Bəzisinin iki, bəzisinin dörd və ya daha çox qanadı vardır. Hər heyvanın qanadı ilə təyyarələrin qanadları öz quruluşuna görə bir-birinə bənzəmədiyi kimi, mələklərin də qanadı öz cinsindəndir. İnsan görmədiyi, tanımadığı şəxsin adını eşidəndə onu bildiyi kimi zənn edib aldanır. Mələklərin qanadlarının olduğuna inanırıq, lakin necə olduğunu bilmirik. Kilsələrdə və bəzi məcmua, dərgi və filmlərdə “mələk” deyə göstərilən qanadlı qadın şəkilləri uydurmadır. Müsəlmanlar belə şəkil çəkməz. Müsəlman olmayanların çəkdiyi bu səhv şəkilləri düzgün hesab etməməli, din düşmənlərinə aldanmamalıdır.

Cənnət mələkləri Cənnətdədir. Onların böyüklərinin adı Ridvandır. Cəhənnəm mələklərinə Zəbani deyilir. Onlar Cəhənnəmdə əmr olunan vəzifələrini yerinə yetirər, Cəhənnəm odu onlara zərər verməz. Dənizin balığa zərərli olmadığı kimidir. Cəhənnəm zəbanilərinin böyükləri 19 dənədir. Ən böyüklərinin adı isə Malikdir.