Facebook Twitter WhatsApp

Allah bəs, baqi həvəs

Sual: Allah bəs, baqi həvəs nə deməkdir?
Cavab: Bəs, kifayət, yetər, bəs edər deməkdir. Həvəs isə, nəfsin istəyi, keçici arzu deməkdir. Allah bəs deyən, Allahu təalaya təvəkkül etmiş olar. Təvəkkül, vəkil etmək, işini başqasına həvalə etmək deməkdir. İstilahta isə, Allaha güvənmək, Ona arxalanmaqdır.
Təvəkkül, dəyişdirilməsi insan gücünün xaricində olan kədərli hadisələrin, əzəldə təqdir edildiyini bilib, kədərlənməmək, Allahdan gəldiyini düşünərək məmnuniyyətlə qarşılamaqdır. Allah bəs deyən, [Ona təvəkkül edən] yəni onu vəkil edən xilas olar. [Vəkil: qoruyucu, müşahidəçi, qayğısına qalan, köməkçi]
Bəs – farscadır. Allah bəs ifadəsi ərəb dilində, Hasbiyallah deməkdir. Hasbiyallahü, Allah mənə kifayətdir deməkdir. Hasbiyallahü və niməl vəkil isə, Allah mənə bəs edər, O, nə gözəl vəkildir, deməkdir. Hasbünallahu və niməl vəkil isə Allah bizə bəs edər, O, nə gözəl vəkildir deməkdir. Qurani Kərimdə cəsur möminlərin, “Hasbünallahü və niməl vəkil” dedikləri bildirilir. (Əli İmran 173)
Allahu təala Peyğəmbər əfəndimizə buyurur ki:

“Sənə hiylə etmək istəyərlərsə, Allah sənə kifayətdir.” (Ənfal 62)
“[Ey rəsulum, səndən] üz çevirərlərsə, “Hasbiyallahü lə iləhə illa hüvə aleyhi təvəkkəltü və hüvə rabbül arşil azim” de! - Allah mənə kifayət edər, Ondan başqa ilah yoxdur, mən sadəcə Ona güvənir, Ona arxalanıram. O böyük Ərşin sahibidir.” [Tövbə 129] (İlla hüvə kəliməsində dayanılarsa, illa hü deyə dayanılar).
De ki: Hasbiyallahü aleyhi yətəvəkkəl-ül-mütəvəkkilün - Allah mənə bəs edər, güvənib arxalananlar, ancaq Ona güvənib, arxalanarlar.” [Zümər 38]
Allaha arxalan, vəkil olaraq Allah sənə bəs edər”. [Nisa 81]
“Möminlərə, “Düşmənləriniz, sizə qarşı əsgər yığdı: onlardan çəkinin” deyildiyində bu, onların imanlarını artırdı və “Hasbünallahü və nimək vəkil” dedilər”. [Əli İmran 173]
Zümər surəsinin 36-cı ayəsində məalən, “Allah quluna kafi deyilmi?” buyurulur. Bəli, “Allah bəs” deməliyik. Belə bir kimsəyə şeytan musallat ola bilməz. Qurani-kərimdə məalən buyurulur ki:
“İman edib ancaq Rəblərinə təvəkkül edən kimsələrə şeytan hakimiyyət qura bilməz”. [Nəhl 99]

Hər Müsəlmanın Allahu təalaya təvəkkül etməsi fərzdir. Təvəkkül imanın şərtidir. Çünki ayəti-kərimədə məalən buyurulur ki: “Əgər imanınız varsa, Allaha təvəkkül edin!”. [Maidə 23]

Bir insan üçün ən böyük məqam, Allahu təalanın rızasına, sevgisinə qovuşmaqdır. O halda təvəkkül etmək lazımdır. Çünki Qurani-kərimdə məalən buyurulur ki:

“Allah, təvəkkül edənləri, əlbəttə, sevər”. [Əli İmran 159]
“Dünya həyatında sizə verilən nemətlər keçicidir. İman edib, Rəblərinə təvəkkül edənlər, Ona güvənib arxalananlar üçün, axirətdə veriləcək Allah qatındakı mükafat isə, dünya nemətlərindən daha xeyirli və daha davamlıdır”. [Şura 36]

Hədisi-şəriflərdə də buyurulur ki:

Hasbiyallahü və niməl vəkil sözü hər qorxu üçün bir əmniyyətdir”. (Deyləmi)

Səhər-axşam 7 dəfə, “Hasbiyallahü lə iləhə illahü, əleyhi təvəkkəltü və hüvə Rabbül arşil azim” oxuyan, dünya və axirət sıxıntısından xilas olar”. (İbni Sünni)
“Bunu 10 dəfə oxuyanın sıxıntısını Allahu təala aradan qaldırar”. (Şira)
“Sıxıntılı olarkən “Hasbünallahu və nimək vəkil” deyin!”. (İbni Mərdəvəyhi)
O halda, Allah bəs [hasbiyallah] demək və bu sözdə İbrahim əleyhissalam kimi durmaq lazımdır.
Baqi həvəs, masivadır, Allahdan başqa şeylərdir. Allahdan başqa şeylərlə məşğul olmaq isə faydasız işlə vaxt keçirməkdir. Hədisi-şərifdə, “Bir kimsənin faydasız işlə vaxt keçirməsi, Allahu təalanın onu sevmədiyinin əlamətidir” buyuruldu. (Məktubatı Rabbani)

10 cümlə

Məhəmməd ibni Hişam rəvayət edir: Marufi Kerhi mənə: “Sənə dünya və axirət səadəti üçün on cümlə öyrədim ki, belə dua edənin duası qəbul olar” dedi. “Yazımmı deyə soruşdum, xeyr, Behr ibni Haris necə təkrar edərək mənə öyrətdisə, mən də eyni qaydada sənə öyrədərəm” deyərək bu hədisi bildirdi:
“Hər namazdan sonra [dua edərkən] bu on cümləni deyənin dualarını Allahu təala qəbul edər:

  1. Dinim üçün Allah mənə kifayətdir.
  2. Dünyam üçün Allah mənə kifayətdir.
  3. [İki cahan] narahatçılıqlarım üçün Allah mənə kifayətdir.
  4. Həsəd edən üçün Allah mənə kifayətdir.
  5. Mənə haqsızlıq edən üçün Allah mənə kifayətdir.
  6. Pislik etmək istəyən üçün Allah mənə kifayətdir.
  7. Ölüm anında Allah mənə kifayətdir.
  8. Qəbirdə Allah mənə kifayətdir.
  9. Mizanda Allah mənə kifayətdir.
  10. Siratda Allah mənə kifayətdir.

 

Özündən başqa heç bir ilah olmayan Allah mənə kifayətdir. Ona təvəkkül edər, Ona yalvararam.” [Nevadiril Usul, Hakimi Tirmizi]

 

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину