Sual: Asan anlamaq üçün haramları maddələrlə bildirə bilərsinizmi?
CAVAB
Haram olduğu kitablarda bildirilənlərdən bəziləri bunlardır:
1-Dəstəmazda və qüsldə lüzumdan artıq su istifadə etmək,
2-Nəzir ətinin zənginlərin yeməsi,
3-Asqırıb əlhamdulillah deyənə, yərhamükəllah deməmək,
4-Alkoqollu içkilər içmək,
5-Allahdan başqasına əyilmək,
6-Allahu təaladan başqa bir şeyə and içmək,
7-Allahu təalanın Rahman, Quddüs və Xaliq kimi adları insanlara qoymaq,
8-Dostunun əlini öpmək,
9-Övrət yerini açmaq və başqasının övrət yerinə baxmaq, [Kişinin övrət yeri göbəyi ilə dizi arasıdır. Qadının övrət yeri əl və üz xaric hər yeridir]
10- Dükançıya borc verib, o pul bitənə qədər ondan mal almaq,
11- Başı açıq gəzən qadına yaxınlarının razı olması,
12-Başqasının malından ondan iznsiz istifadə edib yerinə qoymaq,
13-Başlıq pulu almaq,
14-Bayram günü oruc tutmaq,
15-Bəsmələsiz kəsilən və kitabsız kafirlərin kəsdiyi heyvanı yemək,
16-Bidət sahiblərini sevmək və hörmət etmək,
17-Bir günlük qidası olanın dilənməsi və bunu bilənin ona sədəqə verməsi,
18- Bir müsəlmanı yalan sözlərlə tərifləmək,
19-Pivə, kımız və kefir içmək,
20-Birinə qarşılıqsız iş gördürmək,
21-Birinin malını zarafatla götürüb, gizlədərək onu üzmək,
22-Yoluxma xəstəliyin mütləq yoluxmasına inanmaq,
23-Böyüklərin geymələri, yeyib-içmələri haram olan şeyləri uşaqlara etdirmək,
24-Məscidə murdarlaya bilən dəlini və kiçik uşaqları gətirmək,
25-Canlı rəsm çəkmək,
26-Canlı rəsmi beldən yuxarı asmaq,
27-Camaat arasında gəzərək dilənmək və buna sədəqə vermək,
28- Cənazəyə çiçək, çələng aparmaq və buna sədəqə vermək,
29-Cənazəni məscidə salmaq, [Namazını qılmaq üçün də salmaq olmaz]
30-Cümə və bayram xütbələrini nitq söylər kimi söyləmək,
31-Cünubun məscidə girməsi, namaz qılması, quran oxuması, [Heyzli olana bunlar haram olduğu kimi cima etməsi və oruc tutması haramdır]
32-Çalğı çalmaq və dinləmək,
33-Dəyyusluq etmək,
34-Din qardaşına üç gündən artıq küsülü qalmaq,
35-Doyduqdan sonra yeyib-içmək,
36-Kişilərin qızıl üzük taxması,
37-Kişinin xanımını işləyib qazanmağa məcbur etməsi,
38-Kişilərin ipək geyməsi,
39-Kişinin qadına, qadının kişiyə bənzəməsi, məsələn, kişilərin sırğa taxması,
40-Erkək heyvanla dişinin cütləşməsi üçün pul almaq,
41- Əshabi-kiramdan hər hansı birini söymək,
42-Azanı mikrofonla oxumaq,
43-Faiz alıb-vermək,
44-Falçılığı öyrənmək və falçılıq etmək,
45-Fərz namazı üzrsüz qəzaya saxlamaq,
46-Fərz və haramlardan məşhur olanları lüzumu qədər öyrənməmək,
47-Fərzləri tərk etmək,
48-Əxlaqsız söz danışmaq,
49-Gəlinin, bağlı gəlinliklə də olsa yad kişilərə görünməsi,
50-Yeməyib ölmək,
51-Qeybət etmək və dinləmək,
52-Gizli yamalı və qüsurlu malı yeni, sağlam deyə satmaq,
53-Hacılardan torpaq basdı pulu almaq,
54-Xanımını bir dəfəyə üç təlaqla boşamaq,
55-Xanımını döymək, əziyyət etmək, nəfəqəsi tam verməmək,
56-Haram işləməyə başlarkən bəsmələ çəkmək,
57-Haram yeyib içdikdən sonra həmd etmək,
58-Həsəd etmək,
59-Xəstəliyini hər kəsə deyib, halından şikayət etmək,
60-Oğurluq və qəsb,
61-Xəyanət etmək,
62-Xoruz və digər heyvanları döyüşdürmək,
63-Xütbəyə dünya sözü qarışdırmaq,
64-İbadətlərə bidət qarışdırmaq,
65-İcmaya müxalifət etmək,
66-İçalatı və qursağı çıxarılmadan qaynar suda haşlanan toyuğu yemək,
67-İftira etmək,
68-İmamın namazda ehtiyacdan artıq yüksək səslə oxuması,
69-İsraf etmək,
70-Qadınla düz bağırsağından əlaqə girmək,
71-Qadının məhrəmsiz həccə və ya səfərə getməsi,
72-Qadının Quran, mövlud, ilahi oxuyaraq səsini yad kişilərə eşitdirməsi,
73-Qadınların qaşlarını alması,
74-Qadınların kəsilən saç və digər tüklərini kişilərə göstərməsi,
75-Qadınların küçəyə çıxarkən ətir vurması,
76-Kafirlərə ibadətlərində bənzəmək, [Məkruh və küfr olanları da vardır. Məsələn, kafirlər boyadığı üçün onlara bənzəmə niyyəti olmadan yumurta boyamaq məkruhdur. Xristianlara bənzəmək niyyəti olarsa, küfr olar]
77-Qanuna tabe olmayıb, cəzaya, zərərə səbəb olaraq fitnəyə yol açmaq,
78-Quruda, suda yaşayan həşəratı yemək,
79-Qatillik,
80-Özünə nəsihət verənlərə hirslənmək,
81-Özünü təhlükəyə atmaq,
82-Təkəbbür etmək,
83-İylənmiş ət yemək,
84- İt, canavar və digər yırıtıcı heyvanları yemək,
85-Qumar oynamaq,
86-Qurani-kərimə dəstəmazsız toxunmaq,
87-Qurani-kərimi pulla oxumaq və oxutmaq,
88-Qurani-kərimi nəğmə şəklində oxumaq və dinləmək,
89-Abort etdirmək, uşağını saldırmaq, [Zərurət varsa 120 gün içində caizdir]
90-Vəzifəli şəxslər gələrkən hörmət üçün heyvan kəsmək,
91-Malı olduğu halda borcunu ödəməmək,
92-Masturbasiya etmək,
93-Məkkədəki evləri həcc zamanı hacılara pulla kirayə vermək,
94-Məşuqə saxlamaq, siğə deyilən müvəqqəti nikaha girmək,
95-Möhtac olan ana-atasından iznsiz həccə getmək,
96-Mübarək şəxslərin rəsimlərini yüksəyə asmaq və aşağıda saxlamaq,
97-Namaz qılarkən edilməsi haram olan bir hərəkəti xütbə dinlərkən də etmək,
98-Namazda ərəbcədən başqa dildə dua etmək,
99-Namazı üzrsüz pozmaq,
100-Namazları vaxtı girmədən əvvəl qılmaq, vaxtından sonraya saxlamaq,
101-Ölünün övrət yerinə baxmaq,
102-Ölünün bir yerini zərurətsiz kəsmək, [Orqan nəqli cazidir]
103-Pis, nəcis olan şeyləri yemək,
104-Rüşvət alıb,vermək,
105-Saqqalı bir tutamdan qısa edərək sünnəti dəyişdirmək,
106-Saleh ana-atanın haram olmayan əmrlərini yerinə yetirməmək,
107-Salam verənin salamını dərhal almamaq,
108-Sehr [cadu] etmək, etdirmək,
109-Söz daşımaq,
110-Sui-zənn etmək, təcəssüs etmək,
111-Təsiri qəti olan dərmanlardan istifadə etməmək,
112-Uşr verməmək və uşrunu vermədiyi məhsulu yemək,
113-Uyuşdurucu istifadə etmək,
114-Az ödəmək üçün vaxtı gəlməyən çeki, sənədi diskont edərək ödəmək,
115- Bədənə zərər verən şeyləri yeyib, içmək,
116-Yad uşağı öz övladı olaraq elan etmək,
117-Yad kişinin sperması ilə süni mayalanma etdirmək, surroqat ana olmaq,
118-Yalan danışmaq, yalandan and içmək, yalan olaraq söz vermək,
119- Zəkat və sədəqəni, malını haram yerlərə xərcləyənlərə vermək,
120-Zənginliyi və vəzifəsiylə özünü başqalarından üsün görmək,
121-Zina, livata və heyvana təcavüz.
В корзине: 0 шт.
на сумму: 0