Gözəl İslam / Dinimizdə uğursuzluq yoxdur

Dinimizdə uğursuzluq yoxdur

Sual: Qonşularım mənə, “Səni görəndə bizə uğursuzluq gəlir, işimiz heç düz getmir” deyirlər. Çərşənbə axşamı günü iş görməyi uğursuz sayanlar vardır. Dinimizdə uğursuzluq adlanan bir şey vardırmı?
CAVAB
Uğur, yaxşılıq gətirən şey və ya əlamət, xeyir, yaxşılıq, bərəkətdir.

Uğursuz, pislik və zərər gətirdiyi zənn edilən şeydir.
Uğursuzluq, bir şeyi və ya bir hadisəni pisə yozmaqdır.
Bir şeyin, bir günün və ya bir yerin uğursuz zənn edilməsi Yəhudilikdə vardır. Xristianlıqda da 13 rəqəminin uğursuzluq gətirdiyinə inanırlar. Dinimizdə isə bir şeyi uğursuzluğa yozmaq yoxdur. Lakin, “Bu iş və ya bu ev mənə uğursuz gəldi” kimi sözləri söyləməkdə zərər yoxdur. Hədisi-şəriflərdə buyurulur ki:
Müsəlmanlıqda uğursuzluq [bir şeyi pisə yozmaq] yoxdur.” [Məktubati Rəbbani 3/41]
“Bir şeyi uğursuzluğa yozma, xeyrə yoz! Sizdən biriniz xoşuna gəlməyən, uğursuzluq zənn etdiyi bir şey gördükdə belə desin: “Ya Rəbbi! Yaxşılıqları verən, pislikləri dəf edən ancaq Sənsən. Lə havlə vəla quvvətə illa bikə.”” [Beyhəqı]

“Mülayim münasibət uğur [yaxşılıq], sərt rəftar isə uğursuzluq [pislik] gətirər.” [Haraiti]

“Uğuru [xeyri] və uğursuzluğu [şəri] ən çox olan üzv dildir.” [Tabərani]

“Pis xasiyyət uğursuzluq gətirər.” [Tabərani]

Keçmişdə, Ərəbistanda səfərə çıxarkən bir quş uçurardılar. Quş sağa uçsa, uğurlu sayıb yola davam edərdilər, quş sola uçsa, uğursuz sayıb geri dönərdilər. Peyğəmbər əfəndimiz bunu qadağan edib buyurdu ki:
“Quşlara toxunmayın, yuvalarında qalsınlar!” [İ. Mavərdi]

Həzrəti İkrimə rəvayət edir:
Bir quş ötüb keçərkən oradakılar yozmağa başladılar. İbni Abbas həzrətləri də, “Xeyrə də, şərə də əlamət deyildir” buyurdu. Bir hadisəni xeyrə yozmaqda isə zərər yoxdur. Çünki Peyğəmbər əfəndimiz gördüyü şeyləri xeyrə yozardı. Heç bir şeyi uğursuz saymazdı. (İ. Əhməd)

Səfər ayı və uğursuzluq
Sual:
 Səfər ayının uğursuz olduğu, bu ayda bəla və müsibətlərin gəldiyi doğrudurmu? Başqa hansı ay və hansı gün uğursuzdur?

CAVAB
Səfər ayı ilə digər ay və günlərin uğursuz olduğu doğru deyildir. Dinimizdə uğursuz gün və ya ay yoxdur. Məktubati-Rəbbanidə bildirilir ki:

Günlərin uğursuzluğu aləmlərə rəhmət olan Muhamməd əleyhissalamın gəlişi ilə bitmişdir. Uğursuz günlər keçmiş ümmətlərdə var idi. Bir hədisi-şərif məalı belədir:
“Günlər Allahın günləridir, qullar da Allahın qullarıdır.” [1/256]

Yəni, Allahü təala qulu da, günləri də, ayları da uğursuz olaraq yaratmadı. Qul, dinimizin əmrinə tabe olmayaraq uğursuz şeylər edərsə, uğursuz adam olar. Bəzi günlərdə pis şeylər edərsə, o günlər ona uğursuz gəlmiş olar.

Çərşənbə uğursuz deyildir
Sual:
 Bəzi günlərdə uğursuzluq var deyirlər. Məsələn, Eyyub əleyhissalama bəla gəldiyi gün Çərşəmbə olduğu üçün o gün qan aldırmağın, xəstə ziyarət etməyin və dırnaq kəsməyin qadağan olduğu söylənir. Çərşəmbə günü uğursuzdurmu?

CAVAB
Bir şeyin, bir günün və ya bir yerin uğursuz zənn edilməsi Yəhudilikdə vardır. Xristianlıqda da uğursuzluqlar vardır. Məsələn, Xristianlar 13 rəqəminin uğursuzluq gətirdiyinə inanırlar.

Dinimizdə uğursuz gün olmadığı kimi uğursuzluq deyə bir şey yoxdur. İmam Qəzali həzrətləri, “Uğursuzluğa inanmaq şeytandandır” buyurur. Həzrəti İkrimə də bildirir ki:

Rəsulullah, gördüyü şeyləri xeyrə yozar, heç bir şeyi uğursuz saymazdı. (İ. Əhməd)

İmam Rabbani həzrətləri də buyurur ki:
Günlərin uğursuzluğu, aləmlərə rəhmət olan Muhamməd əleyhissalamın gəlişi ilə bitmişdir. Uğursuz günlər keçmiş ümmətlərdə var idi. Heç bir gün, başqa günlərdən üstün deyildir. Cümə, Ramazan və digər mübarək günlər İslamiyyət üstün tutduğu üçün üstündür.

Ruhul-bəyanda, Tövbə surəsi 37-ci ayəsinin təfsirində deyir ki:
“Rəsulullah dünyaya təşrif etdikdə, günlərin möminlərə uğursuz olmaları qalmadı.”

Üç hədisi-şərif məalı belədir:
“Müsəlmanlıqda uğursuzluq yoxdur.” [Məktubatı Rəbbani 3/41]

“Uğursuzluğa inanan bizdən deyildir.” [Bəzzar, Hadika]

“Uğursuzluq düşüncəsi bir insanı onun ehtiyacı olan bir işi etməkdən uzaq qoyursa, o insan Allaha şirk qoşmuş sayılır.” [İ. Əhməd]

Dinimizdə uğursuz gün yoxdur, amma uğurlu sayılan mübarək gün və gecələr vardır. Bunlar mübarəkdir deyə digərlərinə uğursuzdur demək səhvdir.

Çərşəmbə və Şənbə həcəmət etdirmək məkruhdur. Bir rəvayətdə də Cümə günü də qan aldırmaq məkruhdur. Məkruh olması bu günlərin uğursuz gün olduğunu göstərməz.

Şənbə günü oruc tutmaq məkruhdur. Bir rəvayətdə də Cümə günü də oruc tutmağın məkruh olduğu bildirilmişdir. Cümə və Şənbə günü oruc tutmaq məkruh olduğu üçün bu günlərə uğursuz demək olmaz. Bayram günləri də oruc tutmaq haram olduğu üçün uğursuz demək olmaz. Allahü təala uğursuz gün və uğursuz ay yaratmamışdır. Yaratdığı heç bir şey də lazımsız deyildir.

İbni Abidin həzrətləri öz dövründə Bazar ertəsi, Çərşəmbə və Şənbə günləri xəstə ziyarəti olunmaması şəklində bir adət olduğunu, bu adətə riayət etməyin zərəri olmadığını bildirir. Bu ifadə, bu günlərdə xəstə ziyarət etməyin uğursuz olduğunu göstərməz. Xalqın adət etdiyi şeylərin əksini edərək etiraza səbəb olmamaq lazımdır, deyilir. Məsələn, Urfadakı balıqlı gölün balıqlarını yeyən adam ölür deyirlər. Tibbi cəhətdən əksi isbat edilmədiyi müddətdə belə şeyləri yeməmək yaxşı olar.

İki hədisi-şərif məalı belədir:
“İnsan, bu üç şeydən qurtula bilməz: Uğursuzluq, süi-zənn və həsəd. Süi-zənn etdikdə, buna uyğun hərəkət etməyin. Uğursuz zənn etdiyiniz şeyi Allaha təvəkkül edərək edin. Həsəd etdiyiniz heç kimi heç vaxt incitməyin!” [Beyhəqı]

“Bir şeyi uğursuz sayan ona etibar etməsin və işindən geri qalmasın!” [Tabərani]

Uğur və uğursuzluq
Sual:
 Evə yarasanın girməsi uğursuzluqdurmu? Bu iş mənə uğurlu və ya uğursuz gəldi demək caizdirmi?

CAVAB
Uğursuz demək caiz deyil, uğursuz oldu demək caizdir. Məsələn, 13 rəqəmi uğursuz bir rəqəmdir demək, qara pişik görmək uğursuzluq gətirər, demək caiz deyildir. Lakin, bir şeyin bizə uğursuz gəldiyini söyləməkdə bir zərər yoxdur. Məsələn, yeni bir məhəlləyə köçən birinin, “bura mənə uğursuz oldu, bura köçdüyümüzdən bəri başıma gəlməyən iş qalmadı” deməsində zərər yoxdur. Bir hədisi-şərif məalı:
“Bir şeyi uğursuzluğa yozma, xeyrə yoz!” [Bühəqı]

Uğur, yaxşılıq gətirdiyi zənn edilən şey və ya əlamət, xeyir, yaxşılıq, bərəkət deməkdir.

Uğursuz, pislik və zərər gətirdiyi zənn edilən şeydir. Yəhudilər və Xristianlar uğursuzluq var zənn edirlər.

Uğursuzluq, bir şeyi və ya bir hadisəni pisə yozmaqdır. Dinimizdə uğursuzluq yoxdur. Evə yarasanın girməsi uğursuz deyildir.

“Uğurlu olsun” demək
Sual: Bir şey alanda “Xeyirli, uğurlu olsun” deyirlər. Mən, “Uğurlu olsun” ifadəsini bəyənmirəm. Dində uğur adlanan bir şey vardırmı?
CAVAB
Bəli, dinimizdə uğur var, uğursuzluq yoxdur. Uğur, yaxşılıq gətirən şey və ya əlamət, xeyir, bərəkət deməkdir. Uğurlu olsun demək, “Xeyirli olsun, bərəkətli olsun, yaxşı nəticə versin, faydasını gör” deməkdir. Belə duanın zərəri olmaz, əksinə yaxşı olar.

 

Sual: Zamanda, hər hansı bir əşyada və yerdə uğursuzluq adlanan bir şey vardırmı?
Cavab:
 Bir şeyin, zamanın, yerin uğursuz olması, Yəhudilikdə var idi. İslamiyyətdə uğursuzluq yoxdur. Cahillərin sünnət və ya vacib zənn edəcəkləri şeyi etmək məkruh olar.

Uğursuzluq yoxdur!
Sual: İslam dinində, günlərdə və ya əşyalarda uğursuzluq adlanan bir şey vardırmı?
Cavab:
 Uğursuzluğa inanmamaq, təsir edər sanmamaq lazımdır. Ruhul-bəyanda, Tövbə surəsi, 37-ci ayəsinin təfsirində deyilir ki:

“Rəsulullah Əfəndimiz təşrif etdikdə, günlərin möminlərə uğursuz olmaları qalmadı.”

Bir xəstəliyin sağlam insana əlbəttə keçəcəyini qəbul etmək olmaz. Allahü təala diləyərsə keçər, diləməzsə keçməz. Peyğəmbər Əfəndimiz buyurdu ki:
“Müsəlmanlıqda, uğursuzluq və xəstəliyin sağlam kimsəyə mütləq keçməsi yoxdur.”

Həmçinin, təhlükəli şeylərdən, şübhəli yerlərdən uzaq durmaq vacibdir. Xəstəliyə tutulmamaq üçün tədbir almaq lazımdır. Kahinlərə, falçılara inanmaq lazım deyil. Bilinməyən şeyləri bunlardan soruşmamalıdır. Bunlar itən şeyləri bilir zənn etməməlidir. Şərhi-əqaid kitabının əvvəlində deyilir ki:
“İnsanın bir şeyi bilməsi hiss üzvləri ilə, etibarlı xəbər ilə və ya ağılla olur. Hiss üzvləri beş ədəddir. Etibarlı xəbər ikidir: Təvatür və Peyğəmbər xəbərləri. Təvatür, hər əsrin etibarlı insanlarının hamısının söyləməsidir. Ağıl ilə bilmək də ikidir: Düşünmədən dərhal bilinərsə Bədihi deyilir. Düşünməklə bilinərsə İstidlali deyilir. Hər şeyin öz hissəsindən böyük olduğu bədihidir. Hesablamaqla əldə edilən biliklər istidlalidir. Hiss üzvləri və ağılla birlikdə əmələ gələn biliklər Təcrübidir.” Görülür ki, İslam dininin, hesabın və təcrübənin bildirmədiyi şeylərə Qeyb deyilir. Qeybi, ancaq Allahü təala və Onun bildirdikləri bilir.

 

28-09-2020, 20:17
Geri