Gözəl İslam / Alacağı bağışlamaq

Alacağı bağışlamaq

Sual: Bir kasıbdan alacağım var, ödəyə bilmir. Borcumu almasam sədəqə yerinə keçərmi? Bağışlamağın dindəki yeri nədir?

CAVAB

Borclu kasıbdırsa hədiyyəniz sədəqə olar. Alacağı bağışlamaq çox savabdır. Hədisi-şəriflərdə buyuruldu ki:

“Heç bir himayənin olmadığı qiyamət günündə Allahu təalanın himayəsinə girmək istəyən alacağını bağışlasın!”  [Tabərani]

“Alacağını bağışlayan qiyamət günü Allahu təalanın himayəsindədir.” [Bəğavi]

“Qiyamətdə Allahu təalanın himayə edəcəyi insanların ilki, əlinə keçənə qədər kasıbdakı alacağını təxirə salan və ya Allah rizası üçün alacağını bağışlayan və sənədini cırıb atandır.” [Tabərani]

“Verən əl, alan əldən üstündür.”  [İbni Huzeymə]

17-03-2018, 11:26
Geri