Gözəl İslam / Tarla və içindəkilər

Tarla və içindəkilər

Sual: Bir ərazi, bir bağ satıldığı zaman içində olan ağaclar və ya binalar da satılmış olurmu?

CAVAB

Bir ərazi satıldıqda, içindəki  binalar, açarlar satılmış olur. Bağ satıldıqda, içindəki ağaclar da satılmış olur. Tarla satıldıqda isə içindəki əkini, ağac satıldıqda meyvəsi, ev satıldıqda əşyası satılmış olmur. Satıcı əkini, meyvəni və əşyanı yığıb boşaltmağa məcbur olur. Alıcı əkini ilə, meyvəsi ilə almaq istəyərsə, bu halda satılmış olur. Bir ağacın meyvəsi yeyiləcək vəziyyətdə olmasa belə satmaq caizdir. Müştəri dərhal məhsulu götürər. Satıcı ağacda qalmağını istəyərsə, alış-veriş fasid olar. Müştəri istəmir, amma, satıcı icazə verirsə, yaxşı olar.
Sual: Bir tarla aldım. Tarlanın də içində  əkin və digər məhsullar var. Mən bunları istifadə edə bilərəmmi?

CAVAB

Tarla satıldıqda içindəki əkini də satılmış sayılmaz. İçindəki məhsulları dərhal toplamaq lazımdır. Əgər əkini ilə birgə deyə satılmışdırsa, əkini də satılmış olar.

Sual: Arılar kiminsə bağına gəlib bal versələr, bu bal bağ sahibinə məxsus olarmı?

CAVAB

Bir bağa quş yumurtalayıb balalasa və ya sahibsiz heyvan girsə,  bunlar bağ sahibinin yox, götürənin olur. Bağ sahibi görüb qapını bağlasa, onun olur. Əgər harasa şəkər və ya pul atılsa, kimin üzərinə düşürsə, onun olur. Bir bağda ya arılar gəlib bal versə, ya ağac yetişsə, ya da su qum gətirib yığsa bağ sahinin olur.

5-10-2022, 15:30
Geri