Gözəl İslam / Qeyri-müsəlman ölkələrdə

Qeyri-müsəlman ölkələrdə

Sual: Bir ölkənin dar-ür-hərb olması üçün tələb olunan şərtlər nələrdir?

CAVAB

İmam azama görə bir ölkə üç şərtlə dar-ül-hərb sayılır:

1- Dar-ül-hərbə bitişik olması.

2- Müsəlman inancıyla zəmanət içində olmaması.

3- O ölkədə qeyri-islami hökmlərin tətbiq edilməsi. İmameynə [İmam Əbu Yusif ilə İmam Muhammədə] görə qeyri-islami hökmlərin tətbiq edildiyi andan etibarən o ölkə dar-ül-hərb olur. Bir bidət əhli, “Min il əvvəlinin dar-ül-hərb əhkamını bu günə daşımaq məncə səhvdir” deyir. Min il əvvəlki namaz, oruc kimi ibadətlər də sənə görə səhv ola bilər. Texnikada dəyişiklik və mükəmməl inkişaflar olar, amma dindəki dəyişiklik etibarsızdır, çünki din kamildir. (Maidə 3)

 

Dar-ül-hərbdə caiz olanlar

Sual: Fiqhi baxımından dar-ül-hərb deyilən, Yaponiya, Çin, Amerika kimi ölkələrdə Müsəlmana nələr caiz, nələr haramdır?

CAVAB

Bəzilərini bildirək:

1- Əhli-kitabın kəsdikləri heyvan təmiz qəbul edilir. Bir heyvanı kitabsız kafirlərin kəsdiyi qəti olaraq bilinməzsə, o heyvanın ətini yemək tənzihən məkruhdur.

2- Dar-ül-hərbdə İslamın vüqarını, şərəfini qorumaq və şöhrətdən, fitnədən qorunmaq vacibdir. [Məsələn, əmmamə sarımaq, saqqal buraxmaq və cübbə geyinmək fitnəyə səbəb olacaqsa, bunlar edilməz. Bunlar sünnəti-zəvaiddir. Fitnəyə səbəb olmaq isə haramdır. Haram ilə sünnət, hətta fərz toqquşanda, haram işləməmək üçün fərz təxir edilir, sünnət isə tərk edilir. Sünnətlə məkruh toqquşanda da sünnəti tərk etmək lazımdır.]

3- Zalımlar qadına saçını, qollarını açması üçün məcbur edərlərsə, “açmazsan işdən çıxaracağıq” deyərlərsə, örtülü olaraq çalışacaq başqa yer tapa bilmədiyi halda, qadının qolları açıq işləməsi, İmam Əbu Yusifə görə caizdir. Qadının qulaqlarından aşağı sallanan saçlarını örtməsi fərz deyil deyən müctəhid alimlər də vardır. Belə hallarda bu zəif üsul ilə əməl etmək caiz olar.

4- Fiqhin dörd qismini, [ibadət, nikah, alış-veriş və cəzalar] Dar-ül-hərbdə də əhkamı-İslamiyyəyə tabe olmaq, uşr vermək lazımdır. Qeyri-müsəlman qadınların saç, qol və ayaqlarına baxmaq Dar-ül-hərbdə də haramdır. Yalnız, fasid alış-verişlər caizdir. Dar-ül-hərbdə imana gələn fərz olduğunu eşidənə qədər qılmadığı namazları qəza etməz.

5- Dar-ül-hərbdə olan Müsəlman əsir sərbəst buraxılsa, rahat gəzsə, işləyib qazansa da, kafirlərə xainlik etməsi caiz olar. Çünki, onlara söz vermiş, müstəmin olmuş deyildir.

Ancaq əsirin də onların qadınlarına, qızlarına təcavüz etməsi caiz deyildir. Çünki, nikahlı ailədən başqa bir qadınla birlikdə olmaq zinadır

6- Dar-ül-hərbdə kafirlə bağlanılan müqavilənin qiyməti yoxdur.  Kafir olan siğortaçılar ilə müqavilə bağlamaq və onlardan pul almaq halaldır.

7- Dar-ül-İslamda Təminat məktubu vermək üçün alınan ödəniş caiz olmaz, kəffarə də səhih deyildir. Kafiri belə zamin etmək, ehtiyac halında caizdir.

8- Müsəlman olmayanların qanunlarına qarşı gələrək, fitnə çıxarmaq da caiz olmaz. Kafir ölkələrdəki qanuna zidd hərəkətlər etmək, onları ülül-əmri olaraq tanımaq demək deyildir. Allaha üsyana səbəb olacaq əmrlərə qarşı çıxmaq olmaz. Qanunlara qarşı hərəkət etmək harada olarsa olsun fitnə çıxmasına səbəb olar. Fitnəyə səbəb olmaq haramdır. Bu haramları işləyən Müsəlman İslamiyyəti və Müsəlmanları bütün dünyaya qarşı barbar kimi tanıdar, islamiyyətə böyük zərər verər.

9- Bankdan zərurət olmadan pul götürüb faiz ödəmək də haramdır.

10- Küfr əlamətlərindən dar-ül-hərbdə də istifadə etmək küfrdür. Bunlardan yumor üçün, başqalarını güldürmək üçün, zarafat üçün istifadə etmək də küfrə səbəb olur. Etiqadının doğru olması fayda verməz. Dinimizin küfr əlaməti dediyi şeyləri, məsələn, xaç taxmaq, zünnar deyilən keşiş qurşağını taxmaq zərurətsiz caiz olmaz.

11- Orada yeni Müsəlman olana əziyyət edilmirsə, mukim olur.

12- Orada Müsəlman olan qadın əri Müsəlman olmazsa iddətdən sonra ayrılmış olur.

13- Banka pul yatırıb faizini almaq caizdir. Cəridəyi-elmiyyədəki fətvada “Dar-ül-hərbdə, onların bankına pul yatırıb, bankdan faiz almaq halal olar” buyurulur.

14- Orada zərurətsiz əhli-kitab qadın ilə nikah etməmək lazımdır. Çünki haram deyən alimlər vardır.

15- Orada had cəzaları tətbiq edilməz.

Qadr etmək nədir?

Sual: “Müsəlman olmayan ölkələrdə fasid alış-verişlər caizdir, ancaq qadr etmək caiz deyildir” deyilir. Qadr etmək nə demək? Bir neçə örnək verilə bilər?

CAVAB

Qadr etmək, verdiyi sözdə durmamaq, etdiyi sözləşməyə sadiq qalmamaq, xainlik etmək deməkdir. Tam Elmihalda deyilir ki:

Dar-ül-hərbdə olan bir müstəmin Müsəlman, məsələn, Türkiyədən Fransaya ticarət üçün getmiş olan bir Müsəlman kafirlərin malını fasid əqdlə ala bilər. Çünki, Dar-ül-hərbdə olan müstəminin qeyri-müslimlərin mallarını onların razılığı ilə alması caizdir. Fəqət, zorla almaq caiz olmaz. Yəni sözündə durmamaq, xəyanət etmək hər yerdə haramdır. Könül razılığı ilə malını almaq zor deyildir. Malına, canına, qadınına, qızına hücum qadr olar, haram olar. Fəqət, Müsəlman ölkəsində olan müstəmin kafirin malını könül razılığı ilə olsa da caiz olmayacaq yolla almaq, zor tətbiq etmək sayılır. Çünki İslam ölkəsində İslamiyyətin əmrlərinə uyğun hərəkət etmək lazımdır. Məsələn; Məryəm ananı ziyarət üçün Qüdsə gələnlərdən və turistlərdən                                                                                                                           

ayaqbasdı pulu və ya başqa adlarla bir şey almaq caiz olmaz. Müsəlman hacıdan ayaqbasdı pulu almaq da haramdır.

Dar-ül-hərbdə, qeyri-müsəlmanların mallarını könül razılığı ilə zor tətbiq etmədən almaq Hənəfidə caizdir. Digər üç məzhəbdə caiz deyildir. (Məcmaul-Ənhur)

Müstəmin: Başqa bir ölkəyə onların icazəsi ilə girən kimsə deməkdir.

 

Almaniyadakı lotereya

Sual: Almaniyada biri mənə lotereya bileti hədiyyə etmişdi. Biletimə bir miqdar pul çıxdı. S.Əbədiyyədə, qeyri-müsəlman ölkələrdə lotereya ilə satış edərək kafirlərin mallarını almağın caiz olduğu bildirilir. Bu hökmü əsas götürərək mənə verilən lotoreyaya çıxan pulu almağım caiz olar?

CAVAB

Bəli, caiz olar.

 

Kafir ölkəsində

Sual: İllərlə Rusiyanın zülmü altında qalıb, namazın və orucun fərz olduğunu eşitməyən şəxs daha sonra bunların fərz olduğunu öyrənəndə, bunları qəza etməsi lazımdırmı?

CAVAB

Müsəlmanların çoxunun bildiyi şeyləri bilməmək və öyrənməmək günah olar. Hansı ölkədə olursa olsun İslam bilgilərinin məşhur olduğu yerdə, bilməmək üzr olmaz, günah olar. (S.Əbədiyyə)

Bunun üçün o namazları və orucları qəza etmək lazımdır. Kafir ölkəsində də olsa, içkinin, zinanın haram olduğunu çox Müsəlman bilirsə, bilməyənlərinki üzr olmaz.

Əgər olduğu yerdəki Müsəlmanların çoxu namazın, orucun fərz olduğunu eşitməmişsə, o zaman üzrlü sayılır. Çünki İslam Əxlaqı kitabında “Kafir ölkəsində fərz olduğunu bilmədiyi üçün qılmadığı namazları, tutmadığı orucları və vermədiyi zəkatları qəza etməz” deyilir.

 

Kafir bankında işləmək

Sual: Məşihatı İslamiyyənin, yəni əvvəllər İstanbulda din işlərini idarə edən Osmanlı dövlətinin Dəyanət İşləri dairəsinin “Cəridəyi Elmiyyə” kitabının 29 Fevral 1336 və 9 Cəmazil-uxra 1338-ci il tarixli və 55-ci sayının 1744-cü səhifəsində yazılı fətvada, “Müsəlman olmayan bir ölkədə kafir bankına pul yatırıb, bankdan faiz almaq şəran halal olar” buyurulur. Yaxşı, belə bir bankda çalışıb alınan maaş da halal olar?

CAVAB

Bəli, belə bir bankda çalışıb maaş almaq da halaldır. (S.Əbədiyyə)

 

Qeyri-müsəlman ölkədə faiz

Sual: Fransa kimi dar-ül-hərb olan qeyri-müsəlman bir ölkədə banka pul yatırıb faizini almaq və ya qazanılması qəti isə qumar və ya başqa şans oyunlarıyla onların pullarını almaq caizdirmi?

CAVAB

Bu mövzuda din kitablarımızda deyilir ki:

Dar-ül-hərbdə kafirlərin mallarını faizlə, qumarla, fasid alış-verişlə almaq halaldır. Bu yollarla Müsəlmanın zərər etməsi halal deyildir.(İbni Abidin) [Demək ki, faiz vermək caiz olmadığı kimi, itirmə ehtimalı varsa, qumar və digər şans oyunlarını oynamaq da haram olar.]

“Dar-ül-hərbdə Müsəlmanla kafir arasında faiz yoxdur” hədisi-şərifi göstərir ki, onların mallarını könül razılığıyla, qadr etmədən almaq caizdir.(Məcmaul-Enhur)

Dar-ül-hərbdə, Müsəlmanların, kafirlərdən və orada Müsəlman olanlardan, faizlə və fasid bəylə mallarını almaları caizdir. Çünki onların mallarını razılıqlarıyla almaq mübahdır. (Dürər və Gurər)

20-06-2020, 16:03
Geri