Gözəl İslam / Təqaüdçü maaşı və Nəma (artım)

Təqaüdçü maaşı və Nəma (artım)

Sual: Bəzi adamlar istər işə görə, istər əmək stajına görə və istərsə də sosial sığortaya görə alınan pensiyanın caiz olmadığını söyləyirlər. Bu barədə məlumat verərsinizmi?

CAVAB

Bu adamlar dəlil olaraq Nəcm surəsinin, “İnsana ancaq çalışaraq [ixlas ilə] etdiyi işlər [axirətdə] fayda verər” məalindəki ayəti-kəriməni göstərirlər. Hətta təqaüd almayacağam deyə qəzetlərdə elan verənlər də vardır.

Bucaq mötərizə içərisindəki ifadələr ayəti-kərimənin şərhi mahiyyətindədir. Bu ayənin davamı olan ayələrdə hər kəsin çalışmasının qarşılığının əskiksiz veriləcəyi bildirilir. Hər kəs əkdiyini biçər deməkdir. Bu ayə təqaüdçü olmağa mane deyildir.

Təqaüdçü olmaq caiz deyildir deyənlərə görə, az şeyə çox qarşılıq vermək və ya qarşılıqsız bir mal vermək caiz deyildir. Halbuki miras, hədiyyə bir işin, alın tərinin qarşılığı deyildir. Hədiyyə də, miras da caizdir. Dövlət, qocalara bir lütf olaraq qocalıq maaşı təyin etmişdir. Eyni şəkildə bəzi dövlət orqanları, ehsan kimi qocalara pulsuz səyahət haqqı vermişdir. Bayramlarda da hamıdan səyahət ödənişini almır, ödənişili körpüdən keçid ödənişi  və s.qaldırılır. Bunlar hərəsi bir ehsandır, heç bir zərəri yoxdur.

Dövlət veteranlara, əsgər ailələrinə maaş təyin edir. On uşağı olana mükafat da verə bilər. Zəlzələdən zərər görənlərə təmənnasız kömək edə bilər. Yaxud yalnız vətəndaş olduğu üçün hər hansı bir kömək edə bilər. Dövlət bir kimsəyə belə müxtəlif köməklik etdiyi kimi, bir fərd də istədiyi kimsəyə, milyonlarla, milyardlarla köməklik edə bilər, hədiyyə verə bilər. Bu pulun mütləq alın təri ilə alınmasına ehtiyac yoxdur.

Dövlət bir məmuruna, bir işçisinə razılaşmaya görə həftədə bir gün və ya iki gün icazə verə bilər. İldə bir ay, iki ay icazə verə bilər. Bir neçə ay xəstəlik icazəsi verə bilər. Bu icazəli olduğu vaxtlarda da maaşından kəsməyə bilər. Dövlət 25 ildə təqaüdçü etdiyi kimi, bunu 50 ilə də qaldıra bilər və ya on ilə endirə bilər. İşləyə bilməyən xəstələrə əlil təqaüdü təyin edib, ömür boyu maaş verə bilər.

Dövlət təqaüdçü məmura ölənə qədər maaş verdiyi kimi, Allahu təala da iman edənlərə sonsuz mükafat verir. İman etdiyi üçün quluna sonsuz mükafat verən Allahu təalaya, “Nə üçün yalnız iman qarşılığı bu qədər nemət verirsən” deyə sual edilə bilməyəcəyi kimi, müəyyən bir xidmət və ya mükafat qarşılığı ölənə qədər maaş almağa haram demək çox səhvdir.

Ehsan yəni yaxşılıq etməyi dinimiz tövsiyə edir. Quranı-Kərimdə məalən buyurulur ki:

“Allah, ədaləti, ehsanı və qohuma əl tutmağı əmr edər.” [Nəhl 90]

“Allah sənə ehsan etdiyi kimi, sən də ehsan et!” [Qasas 77]

“Ehsanın qarşılığı ancaq ehsan olar.” [Rəhman 60]

“Ana ataya ehsan edin!” [Nisa 36]

“Allah ehsan edənləri sevər.” [Maidə 13]

“Allahu təala ehsan edənlərlə bərabərdir.” [Ankəbut 69]

“Ehsan edənləri müjdələ!” [Həcc 37]

“Ehsan edənlərə Allahu təalanın rəhməti əlbəttə çox yaxındır.” [Əraf 56]

“Allah ehsan edənlərin əcrini zay etməz.” [Tövbə 120]

Həzrəti Yusif və Həzrəti Musaya verilən nemətlər bildirilib buyurulur ki:

“Ehsan edənləri biz belə mükafatlandırırıq.” [Yusif 22]

Ehsan etməklə və hədiyyə verməklə əlaqədar hədisi-şəriflərdən bəziləri də belədir:

“Allahu təala ehsan sahibidir. Elə isə siz də ehsan edin.” [İ.Adiy]

“İdarəçilərin ehsanını, ehsan olaraq qaldığı müddətcə alın!” [Əbu Davud]

“Ehsan əhlindən olun!” [Əbu Davud]

“Ömrü ehsandan başqa heç nə artırmaz.” [Nəsai]

“Ana-ataya ehsan, ömrü uzadar və pis ölümdən qoruyar.” [Əbu Nuaym]

“Verməyənə ehsan edəni Allahu təala Cənnətə qoyar.” [Hakim]

“Ana-atanıza ehsan etsəniz, uşaqlarınız da sizə ehsan edər!” [Tabərani]

“Ömrünün uzun və ruzinin bol olmasını istəyən, ana-atasına ehsan etsin və sılayi-rəhm etsin!” [İ.Əhməd]

“Ehsan qapısını açana Allahu təala dünya və axirət xeyrini verər.” [İbni Cərir]

“Qonşuna ehsan et ki, mömin olasan!” [Tirmizi]

“Hədiyyə Allahu təala tərəfindən göndərilən gözəl bir ruzidir.” [Hakim]

“Hədiyyəni qəbul edən, Allahu təalanın göndərdiyini qəbul etmiş, rədd edən də Onun göndərdiyini rədd etmiş olar.” [Ramuz]

“Allahu təala, “Biz malı insana ibadət etməsi üçün ehsan etdik” buyurdu.” [İ.Əhməd]

 

Bir möminin duası ilə

Sual: Bir molla moizəsində, “Nəcm surəsindəki ayədən aydın olur ki, təqaüdçü maaşı və alın təri qarışmayan hər qazanc haramdır. Qoca adamların dövlət hesabına pulsuz səyahət etməsi də belədir. Yenə eyni ayə göstərir ki, ölü üçün edilən dua, sədəqə və digər yaxşılıqların heç faydası olmaz.” dedi.

Faydası yoxdursa, nə üçün cənazə namazı qılırıq?

CAVAB

Təqaüd almaq caizdir, bunu yuxarıda izah etdik. Alın təri qarışmayan hər qazanc haram deyildir. Məsələn; miras və hədiyyə bir işin, alın tərinin qarşılığı deyildir. Hədiyyə də, miras da caizdir.

Ölü üçün də dua, hər cür xeyir edilə bilər.

Heç kim başqasının etdiyi əməldən fayda görməz, hər kəsin etdiyi özünədir. Məsələn; bir nəfər sədəqə versə, savabı yalnız sədəqəni verənə aid olar. Başqasının bu savabda hissəsi olmaz. Ancaq yaxşı əməl edən, məsələn, sədəqə verən adam savabını başqasına da bağışlaya bilər. Onlar da bu savabdan faydalanar. Ölülərə dua və istiğfar etmək faydalıdır. Ibrahim əleyhissəlam, “Ey Rəbbimiz, [qiyamətdə] hesab üçün ayağa qalxıldığı gün məni, ana-atamı və bütün möminləri bağışla” deyə dua etmişdir.(İbrahim 41)

Bir möminin duası ilə digər möminlərin günahları əfv edilir ki, belə dua edilməsi əmr edilmişdir. Yenə hər gün namazda, “İbadillahissalihin” deyərək müsəlmanlara dua edirik. Faydası olmasaydı, hər təhiyyatda bunun oxunması əmr edilməzdi.

Hədisi-şərifdə buyurulur ki:

“Ölünün məzardakı halı, kömək deyə qışqıran, dənizə düşmüş adama bənzəyər. Boğulmaq üzrə olan şəxs onu xilas edəcək birini gözlədiyi kimi, ölü də atasından, anasından, qardaşından, yoldaşından gələcək bir duanı gözləyər. Ona bir dua gələndə, dünyaya və dünyada olanların hamısına qovuşmaqdan daha çox sevinər. Allahu təala yaşayanların duaları səbəbi ilə, ölülərə dağlar kimi çox rəhmət verər. Dirilərin ölülərə hədiyyəsi onlar üçün dua və istiğfar etməkdir.” [Deyləmi]

Günahkar bir müsəlmanın cənazə namazını müsəlmanlar qılarsa, ölünün günahları əfv olar. Yəni, dirilərin duaları səbəbiylə ölülərə müxtəlif hədiyyələr gedər. Hədisi-şərifdə buyuruldu ki:

“Müsəlmanlardan üç sıra bir müsəlmanın cənazə namazını qılarsa, ölü Cənnətə girməyə haqq qazanar.” [Əbu Davud, Tirmizi]

Ölü üçün dua və Quranı-Kərim fayda verdiyi kimi, ölülər üçün sədəqə vermək də onların günahlarının əfvinə səbəb olar. Hədisi-şəriflərdə buyuruldu ki:

“Allah üçün nafilə sədəqə vermək istəyən bunu müsəlman ana-atasının niyyətinə versə, ana-atası üçün əcrlər, onların əcrlərindən azalmamaqla yanaşı, bir misli də özünə verilər.” [Tabərani, İbni Asakir]

“Ölmüş ana-atası adına həcc edən, bu həcc həm özü, həm də ana-atası üçün qəbul edilər və ana-atasının ruhuna müjdə verilər.” [Dərə Qutni]

“Ölən möminin hər əməli kəsilər. Yalnız üç əməlinin savabı davam edər. Bunlar səqədəyi cariyə, faydalı elm və kitabı ilə saleh övladın etdiyi dua və istiğfarlardır.” [Əbuşşeyx] [Sədəqəyi cariyə, məscid, bulaq, yol kimi faydası davam edən işlərdir.]

Tatarhaniyyədə, “Sədəqə verən savabının bütün möminlərə verilməsi üçün niyyət edərsə, öz savabından heç azalmadan bütün möminlərə də savabı çatar” buyurulur.(Rədd-ül Muxtar)

 

Borc və maaşa artım

Sual: Bir nəfər 10 manat borcunu ödəyərkən 30 manat verib, “Qalanı hədiyyədir” desə, bu artığı almaq caiz olarmı? Dövlət də pullarımızdan kəsərək artım adı altında əlavə məbləğ verir. Bu əlavə məbləği almaq caiz olarmı?

CAVAB

Qazanc gətirən borc haramdır. Ancaq, qabaqcadan bir razılaşma etmədən verilən 20 manat hədiyyə olar, almaq caiz olar. Dövlətin verdiyi də belədir. Dövlət ömür boyu təqaüd təyin etsə, bu maaşı da almaqda zərər yoxdur. Qarşılıqsız verilən şeyi də almaq caizdir. Az bir şeyə qarşılıq çox şey də verilir. Bunları da almaqda heç zərər olmaz. (Rədd-ül Muxtar)

 

16-06-2020, 15:34
Geri