Facebook Twitter WhatsApp

Ticarətdə dininə üstünlük vermək

Sual: Ticarətdə dininə üstünlük vermək necə olur?

CAVAB

Ticarəti axirət qazancına mane olan şəxs bədbəxtdir. İnsanın sərmayəsi dini və axirətidir. Bu sərmayəni itirməmək üçün aşağıdakılara diqqət etməlidir:

1-Niyyətin əhəmiyyəti böyükdür.

Hədisi-şərifdə buyuruldu ki:

Əməllər niyyətə görə yaxşı və ya pis olur.” (Buxari)

İbadət və mübahlara niyyətə görə savab verilir. Hər mübah yaxşı niyyətlə ediləndə savab, pis niyyətlə ediləndə günah olur. Bir şəxs İslamın vüqarını qorumaq niyyəti ilə gözəl geyinirsə, savab qazanar. Görünüş üçün gözəl geyinərsə, günah olar. Çünki, Allahu təala kiminsə təzə paltarına görə savab yazmaz.

Hər səhər belə niyyət etməlidir:

“Özümün və uşaqlarımın ruzisini qazanmaq, onları heç kimə möhtac etməmək, Allahu təalaya rahat ibadət edə bilmək, axirət yolunda yeriyə bilmək üçün vəzifəmə gedirəm.”

O gün müsəlmanlara yaxşılıq etməyi düşünməlidir. Belə niyyət edən vəzifəsini gördüyü qədər savab qazanar. O şəxsin hər hərəkəti ibadət sayılar.

2-Hər müsəlman yaxşı bilsin ki, İslamiyyətin faydalı olaraq bildirdiyi hər sənət fərzi kifayədir. Bunu düşünərək bir sənətə sahib olmaq ibadət sayılır. Xüsusilə, hərbi vasitələri ən modern, ən qabaqcıl şəkildə etməyə çalışmaq lazımdır. Bu vasitələri edə bilmək üçün lazım olan elmləri oxumaq ibadət olar. Namaz qılan insanın bu niyyət ilə hər işi ibadətdir. Namaz qılmayanın hər işi günahdır. Bu halda hər müsəlman namazını qılmalı, sonra fərz olduğunu düşünərək vəzifəsini yerinə yetirməlidir. İş görərkən niyyətin düzgün olmasına əlamət insanlara faydalı olan bir peşə seçməkdir. Yəni, elə bir iş görmək lazımdır ki, əgər o iş olmasa, müsəlmanlar əziyyət çəkərdi. O halda kef, oyun və bu kimi oxşarlarına sənət deyilsə, haram iş görənlərə sənətkar adı verilsə, bunları etmək ibadət olmaz.

3- Dünya işləri axirət üçün çalışmağa mane olmamalıdır! Qurani-kərimdə məalən buyuruldu ki:

“Mallarınız və uşaqlarınız Allahı xatırlamağınıza mane olmasın!” ( Münafiqun 9)

İnsanların əməllərini yazan iki mələk hər səhər-axşam dəyişir. Hədisi-şərifdə buyuruldu ki:

“Mələklər insanların əməl dəftərlərini götürdükləri zaman əvvəlində və sonunda yaxşı əməl yazılsa, günün ortasında edilənləri ona bağışlayarlar.” (Əbu Yalə)

Bunun üçün səhər duranda, gecə yatanda da yaxşı işlər görülməlidir. 
4- Bazarda, işdə Allahu təalanı zikr etməli, hər an Onu xatırlamalıdır! Dili və qəlbi  
boş qoymamalıdır! Yaxşı bilmək lazımdır ki, o anda itirdiyini, bütün dünyanı versə, bir daha əlinə keçirə bilməz. Qafilər arasında  xatırlamağın savabı çoxdur.

Hədisi-şərifdə buyuruldu ki:

“ Qafillər arasında Allahu təalanı zikr edən, quru ağacların arasında yaşıl fidana, ölülərin arasında yaşayanlara, müharibədə qaçanların arasında şir kimi döyüşənə bənzəyər.” ( İ. Qəzəli ) 

Dünyada dininə, ibadətinə kömək etmək niyyətilə çalışanlara çox savab verilir. Yalnız pul qazanıb, dünya malı yığmaq üçün çalışanlar savabdan məhrum qalır. Hətta, bunlar məsciddə, namazda olarkən də qəlbləri dükanın hesabındadır. Fikirləri dağınıqdır.

5- Dünya işlərinə çox düşkün olmamalıdır! Məsələn, bazara hamıdan əvvəl gedib, hamıdan sonra çıxmamalıdır! Tezdən gedib gec qayıdan müsəlmanı şeytan daha çox günah işlətməyə çalışar. Hədisi-şərifdə buyuruldu ki:

“Tacirin ən pisi işinə tezdən gedib, gec qayıdandır.” ( Əbu Nuaym )

Sübh namazı qılmadan, kitab oxuyub bir neçə şeyi öyrənmədən işə getməməyi adət etməlidir! Ehtiyacı olan qədər dünyalıq qazanmaqdansa, axirəti qazanmaqla məşğul olmalıdır! 

6- Şübhəli şeylərdən çəkinməlidir! Zalimlərlə, hiylə, xəyanət edənlərlə, and içərərək satanlarla, dükanında haram mal satanlarla alış-veriş etməməlidir! Zalimlərə, fasiqlərə vadəli satmamalıdır! Çünki, ölən zaman onlar üçün kədərlənir. Halbuki, zalimlər (yəni, islama əli ilə, dili ilə, qələmi ilə zərər verənlər) öləndə kədərlənmək günahdır. Onlara kömək etmək caiz deyil.

7- Alış-veriş etdiyi şəxslə olan sözlərini, hərəkətlərini, alıb-verdiyini yaxşı və düzgün hesab etməlidir! Qiyamətdə bunların hamısından hesab verəcəyini bilməlidir! Böyüklərdən biri bir baqqalı yuxuda görüb “Nə vəziyyətdəsən?” dedi. Baqqal “Qarşıma əlli min səhifə qoyuludu. Əlli min şəxslə alış-veriş etmişəm. Baxdım, hər səhifədə bir şəxslə olan münasibətimin incəlikləri ilə yazıldığını gördüm” dedi. Hiylə edən, haqq yeyən axirətdə cəzasını çəkəcəkdir.

Bu dövrdə yuxarıda yazılanların hamısını kim edə bilər söyləmək doğru deyildir. Nə qədər etmək olarsa, çox faydası olar. Axirətin dünyadan daha yaxşı olduğuna inanan şəxs bunların hamısını edə bilər. Bunlara riayət etmək, etsə-etsə  insanı kasıb edər. Sonsuz səadətə, əbədi rahatlığa səbəb olacaq bir neçə illik yoxsulluğa, əlbəttə, dözmək olar. Həqiqətən də bir çox insan bir neçə şey əldə etmək üçün tufanlı, qarlı havalarda çətin səfərlərə, bir rütbəyə, dərəcəyə yüksəlmək üçün necə məhrumiyyətlərə dözür. Halbuki, ölüm vaxtı çatanda bütün yığdıqları əldən çıxmaqda, boş yerə zəhmət çəkmiş olmaqdadırlar. (Q. Səadət)


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину