Sual: Kitablarda “Əmanətçi əmanət edilən qızıl pulun özünü geri qaytarmalıdır. İtirmiş və ya zay etmişdirsə, oxşarını verə bilməz, yalnız dəyərini ödəməlidir. Bir qızıl pulu qəsb edən onu eynisini ödəyər. Eynisi yoxdursa, oxşarını verə bilməz, dəyərini ödəyər” deyilir. Nəyə görə oxşarı yox, qiyməti verilir?
CAVAB
Qızıl pullardan biri köhnə və ya yeni tarixli, yaxud da antik olduğu üçün qiyməti fərqli olur. Buna görə əmanət götürülənin eynisini vermək lazımdır. Oxşarı olsa da başqa qızıl vermək olmaz, çünki oxşarının qiyməti fərqli ola bilər. Əmanət götürülmüş qızıl pulun qiyməti, dəyəri nə edirsə, onu vermək lazımıdr.
20 qramlıq qolbaq əvəzinə oxşar olan başqa qolbaq vermək olmaz.Çünki, verilən qolbağın çəkisi 20 qramdan fərqli ola bilər. Çəkisi 20 qram, əyarı isə fərqli olar. Biri 22, digəri 18 əyar ola bilər. Əyarı da, ağırlığı da eyni olsa, bu dəfə üsulu fərqli olar. Buna görə də əmanət götürülmüş qızılın dəyəri ödənilər.
Bir mal ya misli ya da qiymətli olur. Misli malı xarab edən oxşarını, qiymətli əşyanı xarab edən dəyərini ödəyər.
Misli, bazarda eyni keyfiyyətdə oxşarı olan mal olub, qiymətlərində fərq olmaz.
Çəkisi, həcmi və uzunluğu ilə ölçülənlər fabrikdə, dəzgahda hazırlanan əşyalar, sayla ölçülən, eyni böyüklükdə olanlar, məsələn, eyni ölçüdə olan yumurta və qarpız belə mallardandır.
Qiymətli əşya, bazarlarda oxşarı tapılmayan, tapılsa da qiymətləri fərqli olan maldır. Uzunluğu ilə ölçülənlərdən tarla, əllə toxunan xalça, ev, dükan, irili - xırdalı qarpız belədir.
İkisinə də aid bir nümunə verək:
Fabrik emalı, modeli və markası da eyni olan bir xalçanı xarab edən oxşarını alıb verə bilər, amma əllə xüsusi olaraq toxunulmuş xalçanın eynisi başqa yerdə olmadığı üçün dəyəri nədirsə, onu ödəyər.
В корзине: 0 шт.
на сумму: 0