Facebook Twitter WhatsApp

Ər-arvadın mal varlığı

Sual: Maddi vəziyyəti bizimlə eyni olan qonşu bir xanım var. Evimizdə un, şəkər, yağ kimi qida maddəsi və ya hər hansı bir kitab, bir alət görsə, borc olaraq istəyir. Qaytarma xasiyyəti də yoxdur. Maddi vəziyyətləri çətin olsa başa düşmək olar, qaytarmasın deyərik. Vəziyyətləri bizdən pis deyil. Ərim, “Nə istəyirsə istəsin heç bir şey verməmək lazımdır!” deyir. Qonşu haqqından qorxuram. Verməsəm günah olarmı? Qonşumun hər gördüyünü istəməsi və aldığını qaytarmaması günah deyilmi? Bu qonşu yalnız bizdən deyil, başqalarından da belə şeylər istəyirmiş.

CAVAB

Əriniz sizin malınızı, siz də ərinizin malını icazəsiz xərcləyə bilməzsiniz. İcazəsiz xərcləmək, başqasına vermək günah olar. Qonşu gələndə, “Ərim razı deyil. Ondan icazəsiz bir şey verməyim günah imiş” deyərsəniz, o da bir daha bir şey istəyə bilməz. Ondan-bundan bir şey istəmək doğru deyildir.

Hədisi-şərifdə buyuruldu ki:

“İnsanlardan bir şey istəməyin, hətta bir misvaqı bir dəfə istifadə etmək üçün də olsa belə.” [Bəzzar]

Borc alıb, imkanı varkən verməmək və ya borclarını ödəməmək günahdır.

Hədisi-şərifdə buyuruldu ki:

“Borcunu ödəməyənlərə Allahu təala qiyamətdə “Onun haqqını sizdə buraxacağımı zənn etdiniz?” buyuraraq o kimsənin yaxşı əməllərini alıb digərinə verər. Əgər borcunu verməyənin yaxşı əməli yoxdursa, borc verənin pis əməllərini, günahlarını borcluya yükləyər.” [Tabərani]

Bir kimsəyə zərər vermək, qəlbini qırmaq pisdir. Fəqət qonşuya zərər vermək, onu incitmək daha pisdir. Hədisi-şərifdə buyuruldu ki:

“Qonşusu zərərindən əmin olmayan şəxs Allaha iman etmiş sayılmaz.” [Bəzzar] [Yəni bu kimsə kamil mömin deyildir.]

Qonşu pis də olsa, ona əldən gələn yaxşılığı etməyə çalışmaq lazımdır!

Sual: Ərim öz pulumu xərcləməyimə, zəkatımı belə verməyimə razı deyil. Nə edim?

CAVAB

Öz pulunuzu qanuni yerlərə istədiyiniz kimi sərf edə bilərsiniz. Onun pulunu onun istəmədiyi yerlərə xərcləməyiniz uyğun deyildir. Əgər icazə almışsanız, istədiyiniz yerlərə verə bilər, istədiyiniz kimi də xərcləyərsiniz. İcazəsiz xərcləməyiniz doğru olmaz. Bilərziklərinizin zəkatını siz verəcəksiniz. Öz pulunuzdan verməyiniz lazımdır. Ərinizin hədiyyə etdiyi pul varsa ondan da verə bilərsiniz. Hədiyyə olaraq aldığınız pul da sizindir. Zəkat verməyə əriniz razı olmasa da, mütləq verməyiniz lazımdır. Ondan xəbərsiz verərsiniz. Ərinin razılığı qanuni işlərdə olur. Siz zəkat verdiyiniz üçün sizdən razı olmasa, bunun heç qiyməti olmaz.

Sual: Bacıma zəkat verə bilərəm? Ər və arvadın hesabları ayrıdırmı?

CAVAB

Zəkat və fitrənizi zəngin deyilsə bacınıza və ya uşaqlarına verməyinizdə zərər yoxdur. Dinimizə görə ərlə arvadın mal varlığı ayrıdır. Bir-birinə qarışdırmaq olmaz. Siz zəngin, əriniz kasıb ola bilər, siz kasıb, əriniz zəngin ola bilər.

Ərinizə aid deyil, özünüzə aid borcunuz varsa, mövcud pulunuzdan çıxararsınız. Qızıllarınızı çəkib alacaqlarınızla birlikdə hesab edərsiniz. Hamısının qırxda birini qızıl olaraq, qardaşınızın uşaqlarına verərsiniz.

Ev, dükan, avtomobil kimi şeylər zəkat nisabına qatılmaz. Yəni zəkatları verilməz.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину